Azərbaycanda qatarın avtomobillə toqquşmasının anbaan videosu
Salyanda “Mercedes-Benz” markalı minik avtomobili ilə qatarın toqquşmasının yeni təfərrüatı məlum olub.
Görüntülərdən aydın olur ki, avtomobildə yaranan problem səbəbindən sürücü nəqliyyat vasitəsini dəmiryol relslərinin üzərində tərk edir.
Qısa müddət sonra isə avtomobil hərəkətdə olan qatarla toqquşur.
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC dəmir yolunda avtomobilin qatarla toqquşması ilə bağlı məlumat yayıb.
bu gün səhər saatlarında “Mercedes” markalı minik avtomobilinin sürücüsünün dəmiryol keçidi ilə bağlı qaydaları pozması nəticəsində idarə etdiyi avtomobil Salyan-Salmanlı sahəsində hərəkətdə olan lokomotivin qarşısına çıxıb:
“Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində lokomotivə zərər dəyib.
ADY bir daha hərəkət iştirakçılarını dəmiryol keçidlərinə yaxınlaşarkən son dərəcə diqqətli olmağa, yolun qatardan boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirməyə, yol hərəkəti qaydalarına, o cümlədən yol nişanlarının tələblərinə ciddi əməl etməyə çağırır.
Nəzərə almaq lazımdır ki, yol həmişə qatarındır”.
Samir Əli
Salyan rayonunda qatarla “Mercedes-Benz” markalı minik avtomobili toqquşub.
Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki , hadisə rayonun Arbatan kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, qatarla toqquşan avtomobilə ziyan dəyib. Hadisə nəticəsində sürücü xəsarət almayıb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakının mərkəzi prospektində güclü yanğın baş verib
Bakının Xətai rayonunda baş verən yanğının qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyindən Cenubtv. Az-a verilən məlumata görə, yanğın genişlənməsinə imkan verilmədən qısa...
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var – Foto
Rusiya ordusu oktyabrın 10-u günorta saatlarında Kiyev şəhərini ballistik raketlərlə vurub. Cenubtv.Az AZƏRTAC-a istinadla xəbər verir ki, hava həyəcanı çalınandan cəmi...
Masazırda 4 avtomobil külə döndü: Hadisə şahidləri danışdılar – Video
Abşeron rayonunun Masazır kəndində, Yeni Bakı yaşayış massivində dörd avtomobil yanıb. Hadisə şahidlərinin sözlərinə görə, yanğın əvvəlcə "Mercedes" markalı avtomobildə...
Naxçıvanda bir evdə iki dəhşətli hadisə: Türkiyədən gələn qardaş bacısına 19 bıçaq zərbəsi endirdi
Naxçıvanda qardaş doğma bacısını öldürməyə cəhd edib. hadisə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində baş verib. Kənd sakini, 1999-cu...
Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar… – Ana və ögey ata həbs edildi
Azərbaycanda övladlarına dözülməz işgəncələr verən ana və onunla birgə yaşayan kişi həbs edilib. Cenubtv.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisələr...
Samuxda 40 yaşlı kişi küçədə bıçaqlandı: Qonşusu saxlanıldı
Samux rayonunda 40 yaşlı kişi bıçaqlanıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Kolayr kəndində baş verib. Kənd sakini, 1986-cı...
Average Rating