Salyanda qəbiristanlıqdan meyit tapılıb.
Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işinin məhkəmə baxış iclası keçirilib.
Cenubtv.Az Oxu.Az– a istinadən xəbər ki Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda şahid ifadələri bitdikdən sonra sənədlərin tədqiqinə başlanılıb. Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Prosesin çıxışlar mərhələsində prokuror dövlət ittihamının müdafiəsi zamanı Emil Ağayevin 19 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.
Zərərçəkənin hüquqi varisi, yəni Emil Ağayevin bacısı isə məhkəmədən qardaşına ömürlük həbs cəzasının verilməsini istəyib.
Son söz zamanı isə Emil Ağayev hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğunu deyərək məhkəmədən buna görə ona yüngül cəza verilməsini xahiş edib.
Müşavirədən sonra hökm elan edilərək Emil Ağayev 18 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2025-ci il yanvarın 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası 1959-cu il təvəllüdlü Həyat Ağayevanı qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, Emil Ağayev hadisəni qısqanclıq zəminində törədib.
Faktla bağlı Emil Ağayev barəsində Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 maddələri ilə cinayət işi açılaraq barəsində ittiham irəli sürülüb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi...
Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il...
Tovuzda qadın dəm qazından boğularaq öldü
Tovuzda dəm qazından zəhərlənmə ölümlə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon...
Bakıda avtomobillər toqquşdu: BYD aşdı – Video
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı "BYD" və "Toyota" markalı avtomobillər toqquşub. Toqquşma...
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var – Foto
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili...
Average Rating