Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb – VİDEO

Read Time:38 Second

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Perm diyarı üzrə İdarəsi rüşvətxorluqda vasitəçilik təklif etməkdə şübhəli bilinən əcnəbi vətəndaşın saxlanıldığını bildirib.

Cenubtv.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, söhbət Azərbaycan vətəndaşı Ruslan Məmməd oğlu Məmmədovdan gedir.

O, avqustun 19-da Perm Vilayət Məhkəməsində oktyabrın 7-dək uzadılmış həbs qətimkan tədbirindən verdiyi şikayətin təmin edilməsinə nail ola bilməyib.

Xüsusi xidmət orqanının məlumatına görə, əslən azərbaycanlı olan və milli diasporun rəhbərlərindən biri kimi tanınan şəxs pul müqabilində hüquq-mühafizə orqanlarının hələlik şəxsiyyəti müəyyənləşdirilməmiş əməkdaşları vasitəsilə Perm sakini barəsindəki cinayət təqibinin qanunsuz olaraq dayandırılmasını təklif edib.

Hazırda İstintaq Komitəsi tərəfindən Rusiya Cinayət Məcəlləsinin “rüşvətxorluqda vasitəçilik” maddəsi üzrə cinayət işi qaldırılıb və istintaq aparılır.

FTX-dən həmçinin bildirilib ki, Məmmədovun Rusiya ərazisinə girişi 2076-cı il iyunun 4-dək qadağan edilib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Anar Nəcəfliyə yeni VƏZİFƏ VERİLDİ
Next post Göyçayda avtomobil qaz xəttinə çırpıldı: Xəsarət alanlar var
Optimer dine opgaver nu. Let us help you build your dream home. What is tris pharma.