Əməkdar jurnalist Nurani dəfn olundu – FOTO
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) dəfn edilib.
Cenubtv.Az “Report”a istinadən xəbər verir ki, mərhumun nəşi Yasamal qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.
Cenubtv.Az “Report”a istinadən xəbər verir ki, mərasimdə jurnalistə ehtiram ifadə etmək üçün səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media nümayəndələri, dostları, ictimai xadimlər iştirak edirlər.
Vida mərasimindən sonra mərhumun nəşi Yasamal qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Nurani avqustun 22-si 56 yaşında uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ötən gecə vəfat edib.
Cenubtv.Az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.
Qeyd edək ki, Nurani bir neçə ildir, onkoloji xəstəlikdən əziyyət çəkirdi.
1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib.
O, 1992-ci ildən başlayaraq müxtəlif illərdə “Yurddaş”, “Ayna”-“Zerkalo” nəşrlərində çalışıb, uzun müddət “Exo” qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az, “Minval Politika” xəbər portalının redaktoru və əsas siyasi şərhçilərindən biri kimi fəaliyyət göstərirdi.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Average Rating