Kamçatkada vulkanda çarəsiz qalan Azərbaycan vətəndaşı SON VƏZİYYƏTİ AÇIQLADI – FOTO – VİDEO

Read Time:2 Minute, 29 Second

Kamçatkada Tolbaçik vulkanının ərazisində çarəsiz vəziyyətdə qalan turistlərlə bağlı tədbir görülüb.

Cenubtv.Az-ın xəbərinə görə, bu barədə turistlər arasında olan Azərbaycan vətəndaşı Tatyana Dolivets öz “Instagram” hesabında paylaşım edib.

“Hər kəsə dəstək üçün təşəkkür edirəm. Biz isti şəraitdəyik, bizim isinə biləcəyimiz evimiz, isti yataqlar və çadırlarımız var.

Axşam üçün bizə digər düşərgədən yemək verdilər”, – deyə o paylaşımda yazıb.

Kamçatkada vulkanda çarəsiz qalan Azərbaycan vətəndaşı SON VƏZİYYƏTİ AÇIQLADI - FOTO - VİDEO

“Rusiya Federasiyasının Kamçatka vilayətində ötən gün yağan güclü yağışlar nəticəsində Milkovo-Klyuçi-Ust-Kamçatsk regional yolunun bir hissəsi tam yararsız vəziyyətə düşüb. Nəticədə turist qrupunun Tolbaçik vulkanının ərazisində, “Kleşnya” turist dayanacağının yaxınlığında mövqe tutması və çıxılmaz vəziyyətdə qalması barədə məlumat daxil olub”.

Bu barədə Cenubtv.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Turist qrupunda bir neçə ölkənin vətəndaşları ilə yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Tatyana Dolivets adlı şəxsin olduğu da bildirilir. Bu bərədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olduqdan dərhal sonra Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi ilə əlaqə saxlanılıb. Rusiya FHN vəziyyətlə bağlı zəruri tədbirlərin həyata keçirildiyini bildirib. Hazırda Rusiya tərəfi ilə mütəmadi olaraq əlaqə saxlanılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin əməliyyat qrupu hazırda yolun yuyulmuş hissəsindədir və vəziyyəti qiymətləndirmək üçün pilotsuz aviasiya sistemlərindən də istifadə edir.

Bu barədə Cenubtv.Az Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, vəziyyət Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin nəzarətindədir. Yolun bu hissəsinin açılması ilə bağlı əlavə olaraq məlumat veriləcək.

Avqustun 22-də turistlər Rusiyanın şərqində, Kamçatkanın Ploski Tolbaçik vulkanında avtomobillərində çarəsiz qalıblar.

Cenubtv.Az-ın xəbərinə görə, bu barədə “Kamçatka-İnform” agentliyi məlumat verir.

Məlumata görə, turistlərin bir neçə saat ərzində vulkana doğru getdikləri yol güclü yağış nəticəsində tamamilə yuyulub.

 

 

Azərbaycan vətəndaşı, aparıcı və animator Tatyana Dolivets də çarəsiz qalan turistlər arasındadır. O, bu barədə öz “Instagram” səhifəsində paylaşım edib.

Tatyana Dolivetsin sözlərinə görə, 16 nəfərlik qrup Tolbaçik vulkanının ərazisində, “Kleşnya” turist dayanacağının yaxınlığındadır. O iddia edir ki, yolun təxminən 30 kilometri yuyulub və hazırda geri qayıtmaq imkanı yoxdur.

“Turist qrupu ilə birlikdə Kamçatkada, Tolbaçikdə ilişib qalmışıq. “Kleşnya” dayanacağındayıq. Yol yuyulub. 30 km-dir. Geri dönüş yolu yuyulub, çay öz məcrasından çıxıb və geri qayıtmaq mümkün deyil. Biz “Ural” maşınındayıq. Bizdən əlavə, burada böyük torpaqdan təcrid olunmuş təxminən 100 nəfər var. Ərzaqlar yalnız bir günlük qalıb”, – deyə o bildirib.

Kamçatkada vulkanda çarəsiz qalan Azərbaycan vətəndaşı SON VƏZİYYƏTİ AÇIQLADI - FOTO - VİDEO

Dolivetsin sözlərinə görə, turistlər arasında Çin, Belarus, İsrail və Rusiya vətəndaşları da var.

Mobil internetin olmaması səbəbindən turist qadın əlaqə yarada biləcəyi və paylaşım edəcəyi yerə çıxıb. O, Rusiyanın fövqəladə xidmətlərinin və Azərbaycandakı müvafiq dövlət strukturlarının məsələyə cəlb edilməsi üçün kömək istəyib.

Xatırladaq ki, son günlər Kamçatkada yollarda nəqliyyatla bağlı problemlər yaşanır. Ötən gün güclü yağışlar Milkovo-Klyuçi-Ust-Kamçatsk regional yolunu yuyub aparıb. Anavqay və Esso kəndlərinə aparan qovşaqdan Kozırevsk çıxışına qədər olan 153-cü kilometrdən 191-ci kilometrə qədər olan hissə müvəqqəti olaraq bütün nəqliyyat vasitələri üçün bağlanıb. Yol işçiləri hazırda yolun bərpası üzərində işləyirlər.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Goranboyda qayınata küsən gəlinin evinə hücum etdi, nənəsini döydü
Next post Əməkdar jurnalist Nurani dəfn olundu – FOTO
Q honey badger pistols. komplet løsning til hjemmeservice. 對於需要直接到達內地各個機場,例廣州白雲國際機場,深圳寶安國際機場或珠海金灣機場等等, super vip team的中港車接送服務便能連同行李接送客人直達到指定機場。此外,如果客人想到國內下蹋酒店,我們亦能安排直接到達酒店,讓您能有更好的時間安排。.