Goranboyda qayınata küsən gəlinin evinə hücum etdi, nənəsini döydü

Read Time:1 Minute, 2 Second

Goranboy rayonunda qayınata gəlininin nənəsini döyüb.

Cenubtv.Az Oxu.Az-ıa istinadən xəbər verir ki hadisə rayonun Safikürd kəndində baş verib. Cəlilabad rayonunun Sabirabad kənd sakini Nahid Ağayev (soyadı şərtidir) Goranboy rayonundan olan Səbinə adlı xanımla ailə həyatı qurub. Ailə bir neçə ay normal yaşasa da, sonradan ər-arvad arasında mübahisələr başlayıb. Hamilə olan gəlin bu barədə valideynlərinə məlumat verib və boşanmaq istədiyini bildirib. Gəlinin anası və nənəsi Cəlilabad rayonuna gələrək, Səbinəni götürüb Goranboy rayonuna yaşadıqları evə aparıblar.

Bir müddət sonra hadisə barədə məlumat alan Nahidin atası Hamlet Rusiyadan Sabirabada gəlib və gəlini evinə qaytarmaq istəyib. O, həyat yoldaşı ilə birlikdə Goranboy rayonuna gedib, Səbinəyə evə qayıtmağı təklif edib. Səbinənin nənəsi ilə anası gəlinin geri qayıtmasına icazə verməyiblər. Nəticədə tərəflər arasında mübahisə yaranıb, Hamlet və onun həyat yoldaşı qapıdan qovulublar. Ev sahibi onları həyətdən çıxarıb qapını bağlamaq istəyərkən Hamlet ona mane olub və qapını zərblə geri qaytarıb. Nəticədə dəmir qapı qadına dəyib və o xəsarət alıb. Hamlet qadına daha sonra da xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.

Hadisə yerinə polis əməkdaşları gəliblər, araşdırmalar aparılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Hamlet Ağayev saxlanılıb və onun barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

Goranboy Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunub. Məhkəmənin qərarı ilə H.Ağayev 300 manat cərimə edilib

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Gəncədə 49 yaşlı qadın evində qətlə yetirildi – Oğlu şübhəli bilinir
Next post Kamçatkada vulkanda çarəsiz qalan Azərbaycan vətəndaşı SON VƏZİYYƏTİ AÇIQLADI – FOTO – VİDEO
Q thunder chicken – bead blast with rear end muzzle device for sale quantity. komplet løsning til service virksomheder. 港珠澳大橋已於 2018 年投入,super vip team 的港澳大橋包車服務讓您乘坐專貴轎車直達珠海澳口岸過關,而且沿路可以欣賞港珠澳大橋附近的景色,包括香港國際機場等。.