Həkim-toksikoloq: “Tüstüdən zəhərlənməyə laqeyd yanaşmaq pnevmoniyaya gətirib çıxara bilər”

Read Time:1 Minute, 13 Second

“Azərsun Sənaye Parkı”nda baş vermiş yanğının atmosferə ciddi təsirlərinin olmadığı deyilsə də, cəmiyyətin həssas qruplarından olanlar və azyaşlılar arasında müəyyən narahatlıq qeydə alınıb.

Belə ki, hətta Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına doqquz daxilolma qeydə alınıb. Yeddi nəfərin ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxıldıqlarına dair məlumat da verilib.

Sözügedən əraziyə yaxın yerlərdə yaşayan sakinlər arasında ürəkbulanma, başgicəllənməsi və boğazda yanma kimi simptomlar var. Amma bəzi vətəndaşlar bu kimi hallara diqqət göstərməyərək həkimə müraciət etmirlər.

Ümumiyyətlə gözlənilmədən baş verən bu kimi yanğınlar zamanı insanlar ev şəraitində zəhərlənmədən qorunmaq məqsədilə nə etməlidir?

Bəs ciddiyə alınmayan simptomlar uşaqlar, səhhətində müəyyən problemləri olan yaşlı nəslin nümayəndələrində hansı fəsadlara yol aça bilər?

Mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verən həkim-toksikoloq Vahid Rzayev deyir ki, belə hallarda zəhərlənmə faktoruna laqeyd yanaşmaq olmaz:

“Əsasən ərazidən uzaqlaşmaq və təmiz havada qalmaq məsləhət görülür. Əgər şərait uyğun deyilsə, ürəkbulanma varsa, inhalyasiya üsulu ilə tibbi yardım göstərilməlidir. Huşunu itirən və ya daha ağır vəziyyətdə olanlar varsa, təcili tibbi yardım çağırılmalıdır.

Tüstüdən zəhərlənməyə laqeyd yanaşma gələcəkdə pnevmoniya və ya bronxit yaranmasına gətirib çıxara bilər. Düşünürəm ki, həkim nəzarətində ümumilikdə ən azı 2-3 gün qalmaq kifayət edər. Təbii ki, insan orqanizmi individualdır. Qandakı oksigen səviyyəsi yoxlanılmalıdır”.

Həkim bildirir ki, şəkərli diabet, ürək çatışmazlığı, insult keçirən şəxslər daha diqqətli olmalıdırlar:

“Bu şəxslərin vəziyyətində ağırlaşma olması və fəsad qalması ehtimalı daha yüksəkdir. Onların qanındakı oksigen səviyyəsi mütəmadi yoxlanılmalıdır ki, ağırlaşma olmasın. Paralel olaraq digər profil üzrə həkim müayinələri də tövsiyə edilir”.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post “Azersun Holdinq”dən baş verən yanğın və nəticələri ilə bağlı VACİB AÇIQLAMA
Next post Azərbaycanda son sutkada koronavirusdan ölən olmayıb – FOTO
Esquineros de madera modernos. 台中健身房推薦 world gym費用、健身工廠費用 | [your brand].