Cənub bölgəsində qohum evliliklərinin genetik risklərinə dair maarifləndirmə layihəsi yekunlaşıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə Cənub bölgəsində “Qohum Evliliyinin Genetik Riskləri və Cəmiyyətə Mənfi Təsiri” layihəsi uğurla icra edilib.
Layihə çərçivəsində Biləsuvar Gənclər Evində, Cəlilabad Tibb Kollecində, Masallı Regional Kollecində, Lənkəran Tibb Kollecində və Astara Rayon Mərkəzi Xəstəxanasında maarifləndirici görüşlər keçirilib. Beş rayonu əhatə edən tədbirlərdə ümumilikdə 200-ə yaxın gənc, səhiyyə və təhsil işçisi, ictimaiyyət və KİV nümayəndəsi iştirak edib.
Görüşlərdə qohum evliliklərinin genetik riskləri, gələcək nəsillərin sağlamlığına təsiri və irsi xəstəliklərin yaranma ehtimalı barədə geniş təqdimatlar olunub, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Çıxış edən mütəxəssislər qohum evliliklərinin bəzi genetik xəstəliklərin riskini artırdığını vurğulayaraq, cəmiyyətin elmi əsaslara söykənən məlumatlarla maarifləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.
İnteraktiv formatda keçən tədbirlərdə iştirakçıların sualları ətraflı cavablandırılıb. Görüşlərin sonunda hər bir iştirakçıya layihənin brendbukuna uyğun hazırlanmış sertifikatlar təqdim edilib.
Layihənin əsas məqsədi qohum evliliklərinin mümkün fəsadları barədə ictimai məlumatlılığı artırmaq, genetik risklərlə bağlı maarifləndirməni gücləndirmək və sağlam ailə institutunun formalaşmasına töhfə verməkdir.
“Qan Donorları Assosiasiyası” İctimai Birliyi sağlam cəmiyyətin formalaşdırılması və sosial məsuliyyətin təşviqi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasındakı acınacaqlı vəziyyət.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsində ("acil" hissəsində) ciddi həkim çatışmazlığı yaşanır. Xəstəxanaya təcili xəstə gətirildikdə qəbul edəcək...
Aşura ilə bağlı aksiyada 1300 litrə yaxın qan toplandı – FOTO
Günün yekun nəticələrinə əsasən, Aşura Günü ilə əlaqədar təşkil olunan qanvermə aksiyasında ümumilikdə 2 821 nəfər könüllü donor iştirak edib....
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Diaqnostika Mərkəzinin Cəlil Nəciyevin uğurları VİDEO
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Diaqnostika Mərkəzində, həkim Cəlil Nəciyevin təqdimatında kardioanqioqrafiya ürəyə girən və çıxan arteriyaların və venoz damarların kontrast...
Cəlilabad Mərkəzi Xəstəxanasına yeni direktor təyin olundu
Qeyd edək ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsini bunadək Tərlan Balışov icra edirdi. O.Əmənullayev isə yeni təyinatından öncə Astara...
Hansı giləmeyvə görmə qabiliyyətinə zərər verir?
Giləmeyvələrin gözlər üçün faydalı olduğu hesab edilir, lakin onların bəzi növləri əks təsir göstərə bilər. Cenubtv.az Oxu.Az- istinadən xəbər verir...
Average Rating