Cenubtv.az xəbər verir ki, Avropa İttifaqının 2028–2034-cü illəri əhatə edəcək yeddiillik büdcə layihəsinin Brüsseldə keçiriləcək sammitdəki müzakirələri heç bir nəticə verməyə bilər. Bu barədə Macarıstanın Baş naziri Peter Magyar Bratislavadakı görüşün ardınca təşkil edilən mətbuat konfransında açıqlama verib.
Baş nazirin sözlərinə görə, təşkilata üzv dövlətlər arasında büdcə bölgüsü ilə bağlı dərin fikir ayrılıqları mövcuddur. O, Avropa Şurasının Prezidenti Antoniu Koşta tərəfindən təqdim olunan son təklifin müzakirə aparmaq üçün tamamilə yararsız olduğunu diqqətə çatdırıb.
Peter Magyar mövqelər uzlaşmadan masa arxasında əyləşməyin mənasız olduğunu qeyd edərək, fərqli fikirlərdə qalmaq naminə Brüsseldə iki gün vaxt itirməyə ehtiyac görmədiyini vurğulayıb. O, həmçinin Aİ-nin Macarıstana ayrılan vəsaiti kəsib üzvlük haqlarını artırmaq planına qəti şəkildə qarşı çıxdığını bildirib.





