Cenubtv.az xəbər verir ki, Nigeriya Hərbi Hava Qüvvələrinin ölkənin şimal-şərq hissəsində təşkil etdiyi uğurlu əməliyyat zamanı 37 silahlı öldürülüb.

Borno ştatına endirilən hava zərbələri nəticəsində terrorçuların müvəqqəti sığınacaqları, eləcə də partlayıcı qurğuların saxlanıldığı anbarlar tamamilə sıradan çıxarılıb.

Hərbi əməliyyatın əvvəlcədən əldə olunan kəşfiyyat məlumatları əsasında reallaşdırıldığı bildirilib.

Zərərsizləşdirilən şəxslərin dəqiq hansı terror təşkilatına aid olduğu açıqlanmasa da, onların "Boko Haram" qruplaşmasının üzvü ola biləcəyi ehtimal olunur.