Cenubtv.az xəbər verir ki, AZCON Holding şirkətlərindən biri olan AzInTelecom MMC paytaxtımızda baş tutan Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) təmsil olunub.

Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkana regional baxış başlığı altında keçirilən tədbir xarici mütəxəssisləri, diplomatik nümayəndəlikləri və beynəlxalq qurumların təmsilçilərini bir araya gətirib.

Tədbirin panel müzakirələrində çıxış edən AzInTelecom-un Kibertəhlükəsizlik departamentinin direktoru Ruslan Dadayev rəqəmsal suverenlik və böhran vəziyyətlərində təhlükəsizliyin qorunması məsələlərinə toxunub.

Konfrans çərçivəsində süni intellektin diplomatiyaya təsiri, texnologiya qurumlarının rolu, informasiya müharibəsi və kiberməkanda əməkdaşlıq kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb.