Cenubtv.az xəbər verir ki, Almaniya hüquq-mühafizə qurumları Hamburq şəhərində qeydə alınan atışma ilə ölkənin cənub-qərb bölgəsində iki nəfərin meyitinin aşkar olunması arasında birbaşa bağlılığın olduğunu təsdiqləyib.

Aparılan araşdırmalara əsasən, 68 yaşlı Almaniya vətəndaşı Hamburqda silahlı insident törədib intihar etməzdən əvvəl digər bir federal əyalətdə həyat yoldaşı və qayınatasını da qətlə yetirib.

Xatırladaq ki, daha əvvəl Hamburqun Hafensiti rayonunda baş verən silahlı hücum zamanı 39 yaşlı qadın və 40 yaşlı kişi yaralanaraq xəstəxanaya çatdırılmışdı və qadının durumunun ağır olduğu bildirilmişdi.

Şübhəli şəxs hadisə yerindən uzaqlaşaraq Elb filarmoniyasının binasındakı otel otağında özünə qəsd edib və ilkin ehtimala görə cinayətlər ailədaxili münaqişə zəminində baş verib.