Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq – Rəsmi
“BakıKart” və “Mastercard”ın birgə kampaniyası çərçivəsində sərnişinlər metro və avtobuslarda hər dördüncü gediş üçün 1 qəpik ödəyəcəklər.
Cenubtv.Az xəbər verir ki, bu barədə “BakıKart” məlumat yayıb.
Kampaniya Azərbaycanda fəaliyyət göstərən bankların emissiya etdiyi “Mastercard” kartları ilə “Apple Pay” və “Google Pay” vasitəsilə həyata keçirilən təmassız (NFC) ödənişlərə şamil olunur.
Şərtlərə əsasən, üç gedişi standart tariflə edən sərnişinlər dördüncü gediş üçün güzəşt əldə edirlər. Həmin gediş zamanı kart hesabından 0.01 manat tutulur.
Güzəştdən yararlanmaq üçün dörd gedişin eyni gündə edilməsi tələb olunmur. Gedişlər müxtəlif günlərdə həyata keçirilə bilər.
Bir kart üzrə təqvim ayı ərzində maksimum beş dəfə 1 qəpiklik gediş imkanından istifadə etmək mümkündür. Üç gediş tamamlandıqdan sonra əldə edilən güzəştli gediş hüququndan 30 gün ərzində istifadə olunmalıdır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
Sosial şəbəkələrdə Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Psixiatriya Xəstəxanasından görüntülər paylaşılıb. Cenubtv.Az Bizim.Media-ya istinadən xəbər verir ki, yayılan kadrlarda...
Cəlilabadda 8 noyabr – Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
https://youtu.be/Q_wbV88mVDk
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu
Cinayətkar birlik yaratmaqda və digər cinayətlərdə təqsirləndirilən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusunun cinayət işi üzrə məhkəmə prosesi...
Ermənistan İK sədri: “Zəngəzurda saxlanılan Azərbaycan əsgərinin heç kimi öldürmək niyyəti olmayıb”
Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevin heç kimi öldürmək niyyəti olmayıb. Cenubtv.Az Ermənistan mediasına istinadən xəbər verir ki,...
Amnistiya ilə azadlığa çıxdı, ətçəkən və çaydan oğurlayıb yenidən həbsə düşdüxsüü
Bakıda amnistiya aktı ilə həbsdən azad edilən şəxs yenidən oğurluq etdiyinə görə 2 il 6 aydan çox müddətə azadlıqdan məhrum...
Bakıda torpaq sahələri bahalaşdı
Bu ilin oktyabr ayında Bakı şəhərində torpaq sahələrinin dəyəri orta hesabla 17.9% bahalaşıb. Cenubtv.Az "Report"a istinadla xəbər verir ki, bu...
Average Rating