Bakıda torpaq sahələri bahalaşdı
Bu ilin oktyabr ayında Bakı şəhərində torpaq sahələrinin dəyəri orta hesabla 17.9% bahalaşıb.
Cenubtv.Az “Report”a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) məlumat verilib.
Bildirilib ki, rayonlar üzrə ən böyük qiymət artımı Səbail rayonunda müşahidə edilib – 29.1%. Yasamal rayonunda torpaq sahələrinin qiyməti 27.1%, Nəsimi rayonunda 24.5%, Nizami rayonunda isə 22.3% yüksəlib. Xəzər rayonunda bahalaşma 20.2 %, Nərimanov rayonunda 19.7%, Xətai rayonunda isə 16.5% səviyyəsində olub:
“Nisbətən mülayim artım Binəqədi rayonunda (14.9%), Sabunçu rayonunda (12.3%), Suraxanı rayonunda (11.2%), Pirallahı rayonunda (8.6%) və Qaradağ rayonunda (8%) qeydə alınıb”, – məlumatda qeyd olunur.
Qeyd olunub ki, paytaxtın daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri bütün rayonlarda və əmlak kateqoriyalarında eyni templə getməyib. Bahalaşmanın sürəti əmlakın tipindən, coğrafi mövqeyindən, bazarda formalaşan tələb-təklif nisbətindən, ərazinin spesifik xüsusiyyətlərindən və alıcıların davranış modellərindən asılı olaraq dəyişib.
“AQC qiymətləndirmə prosesində bazar qiymətlərinin analizi, əvvəlki dövrlərlə müqayisəli təhlillər, rayonlar arasındakı qiymət fərqləri, bazar iştirakçılarının və mütəxəssislərin fikirləri, sorğu məlumatları, həmçinin tələb-təklif dinamikasını nəzərdən keçirib. Rayonlar üzrə orta göstəricilərin müəyyən edilməsində ərazilərin bazardakı payı və əhali faktoru da hesablamaya daxil edilib”, – məlumatda deyilir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
Sosial şəbəkələrdə Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Psixiatriya Xəstəxanasından görüntülər paylaşılıb. Cenubtv.Az Bizim.Media-ya istinadən xəbər verir ki, yayılan kadrlarda...
Cəlilabadda 8 noyabr – Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
https://youtu.be/Q_wbV88mVDk
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq – Rəsmi
"BakıKart" və "Mastercard"ın birgə kampaniyası çərçivəsində sərnişinlər metro və avtobuslarda hər dördüncü gediş üçün 1 qəpik ödəyəcəklər. Cenubtv.Az xəbər verir...
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu
Cinayətkar birlik yaratmaqda və digər cinayətlərdə təqsirləndirilən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusunun cinayət işi üzrə məhkəmə prosesi...
Ermənistan İK sədri: “Zəngəzurda saxlanılan Azərbaycan əsgərinin heç kimi öldürmək niyyəti olmayıb”
Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevin heç kimi öldürmək niyyəti olmayıb. Cenubtv.Az Ermənistan mediasına istinadən xəbər verir ki,...
Amnistiya ilə azadlığa çıxdı, ətçəkən və çaydan oğurlayıb yenidən həbsə düşdüxsüü
Bakıda amnistiya aktı ilə həbsdən azad edilən şəxs yenidən oğurluq etdiyinə görə 2 il 6 aydan çox müddətə azadlıqdan məhrum...
Average Rating