Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu
Cinayətkar birlik yaratmaqda və digər cinayətlərdə təqsirləndirilən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən N.A.-nın cinayət əməli sübuta yetirilib və hökm oxunub.
Hökmə əsasən, N.A. 7 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, təqsirləndirilən N.A. xarici ölkədə fəaliyyət göstərdiyi iddia edilən, silahlı hücumlar, qətllər, soyğunçuluq və quldurluq kimi cinayətlər törədən, sosial platformalar üzərindən idarə olunan cinayətkar birliyin üzvləri ilə əlaqə qurmağa çalışıb. O, cinayətkar birliyin bir neçə üzvü ilə sosial şəbəkə vasitəsilə mütəmadi yazışıb və birliyə əyani şəkildə qoşulmaq istəyib.
N.A. silah-sursat götürərək hərbi hissəni tərk edib. O, yanlış istiqamətdə hərəkət edərək silahını yoxlamaq məqsədilə havaya atəş açıb. Daha sonra cinayətkar birliyə qoşulmaq üçün sosial şəbəkədə tanış olduğu şəxslərlə əlaqə saxlayıb və danışıq zamanı yenidən havaya atəş açıb.
Həmin ərazinin yaxınlığında xidmət aparan polis əməkdaşları ona yaxınlaşsalar da, N.A. onların əmrinə tabe olmayıb. Yaxınlaşmalarına mane olmaq məqsədilə avtomat silahdan əvvəlcə havaya, daha sonra isə polis əməkdaşı istiqamətində yerə çox sayda atəş açıb. Bununla da zor tətbiq etməklə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə müqavimət göstərib.
Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və keçirilən əməliyyat nəticəsində N.A. saxlanılıb.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1, 29, 218.2, 228.1, 232.1, 315 və 334.1-ci maddələri ilə təqsirli bilinib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
Sosial şəbəkələrdə Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Psixiatriya Xəstəxanasından görüntülər paylaşılıb. Cenubtv.Az Bizim.Media-ya istinadən xəbər verir ki, yayılan kadrlarda...
Cəlilabadda 8 noyabr – Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
https://youtu.be/Q_wbV88mVDk
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq – Rəsmi
"BakıKart" və "Mastercard"ın birgə kampaniyası çərçivəsində sərnişinlər metro və avtobuslarda hər dördüncü gediş üçün 1 qəpik ödəyəcəklər. Cenubtv.Az xəbər verir...
Ermənistan İK sədri: “Zəngəzurda saxlanılan Azərbaycan əsgərinin heç kimi öldürmək niyyəti olmayıb”
Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevin heç kimi öldürmək niyyəti olmayıb. Cenubtv.Az Ermənistan mediasına istinadən xəbər verir ki,...
Amnistiya ilə azadlığa çıxdı, ətçəkən və çaydan oğurlayıb yenidən həbsə düşdüxsüü
Bakıda amnistiya aktı ilə həbsdən azad edilən şəxs yenidən oğurluq etdiyinə görə 2 il 6 aydan çox müddətə azadlıqdan məhrum...
Bakıda torpaq sahələri bahalaşdı
Bu ilin oktyabr ayında Bakı şəhərində torpaq sahələrinin dəyəri orta hesabla 17.9% bahalaşıb. Cenubtv.Az "Report"a istinadla xəbər verir ki, bu...
Average Rating