Ermənistan İK sədri: “Zəngəzurda saxlanılan Azərbaycan əsgərinin heç kimi öldürmək niyyəti olmayıb”
Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevin heç kimi öldürmək niyyəti olmayıb.
Cenubtv.Az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində jurnalistlərlə söhbətində Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan Ermənistanın Şəki kəndinə daxil olan azərbaycanlı hərbçi ilə bağlı sualı cavablandırarkən bildirib.
“O, dindirilib, ifadə verib, mən dindirmənin məzmununu açıqlaya bilmərəm. Bu hadisə ilə əlaqədar sabah deyil, birisigün parlamentdə qapalı görüş keçiriləcək. Hazırda ibtidai istintaqın sirrini qorumaq məqsədilə ifadələrin məzmununu yaya bilmərəm. Lakin o, yeri, hadisənin hallarını, ərazini – hər şeyi göstərib. Ümumiyyətlə, mənim onu müdafiə etmək kimi bir vəzifəm yoxdur. Biz faktları qiymətləndirməliyik: azaraq piyada gedən şəxs ev görür, şüşəni sındırır, o, acdır, oraya daxil olur, yemək hazırlayır, paltarını dəyişir. Uşaqlar içəri girir, o, onların telefonlarını alır, saatlarla oturaq vəziyyətdə saxlayır, onlara zərər vermir”, – deyə Poqosyan vurğulayıb.
Bununla yanaşı, İstintaq Komitəsinin rəhbəri həmin şəxsə aid edilən əməlləri sadalayaraq ona bir neçə maddə üzrə ittiham irəli sürüldüyünü qeyd edib.
Şəki (Zəngəzur) kəndi yaxınlığında sərhədi naməlum şəraitdə keçən hərbi qulluqçu iki ay müddətinə həbs edilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
Sosial şəbəkələrdə Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Psixiatriya Xəstəxanasından görüntülər paylaşılıb. Cenubtv.Az Bizim.Media-ya istinadən xəbər verir ki, yayılan kadrlarda...
Cəlilabadda 8 noyabr – Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
https://youtu.be/Q_wbV88mVDk
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq – Rəsmi
"BakıKart" və "Mastercard"ın birgə kampaniyası çərçivəsində sərnişinlər metro və avtobuslarda hər dördüncü gediş üçün 1 qəpik ödəyəcəklər. Cenubtv.Az xəbər verir...
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu
Cinayətkar birlik yaratmaqda və digər cinayətlərdə təqsirləndirilən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusunun cinayət işi üzrə məhkəmə prosesi...
Amnistiya ilə azadlığa çıxdı, ətçəkən və çaydan oğurlayıb yenidən həbsə düşdüxsüü
Bakıda amnistiya aktı ilə həbsdən azad edilən şəxs yenidən oğurluq etdiyinə görə 2 il 6 aydan çox müddətə azadlıqdan məhrum...
Bakıda torpaq sahələri bahalaşdı
Bu ilin oktyabr ayında Bakı şəhərində torpaq sahələrinin dəyəri orta hesabla 17.9% bahalaşıb. Cenubtv.Az "Report"a istinadla xəbər verir ki, bu...
Average Rating