Amnistiya ilə azadlığa çıxdı, ətçəkən və çaydan oğurlayıb yenidən həbsə düşdüxsüü

Read Time:1 Minute, 9 Second

Bakıda amnistiya aktı ilə həbsdən azad edilən şəxs yenidən oğurluq etdiyinə görə 2 il 6 aydan çox müddətə azadlıqdan məhrum edilib.

Cenubtv.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, 1993-cü ildə Bakı şəhərində anadan olmuş F.H. Nizami rayonunda yerləşən yaşayış binasının blokundakı dolabdan ətçəkən maşın, “Tefal” markalı çaydan və mikser oğurlamaqda təqsirli bilinib.

Hadisə Ş.Mirzəyev küçəsi 68A ünvanında baş verib. Məhkəmənin müəyyən etdiyi hallara görə, F.H. dolabın qıfılını qıraraq saxlanc yerinə daxil olub və ümumilikdə 600 manat dəyərində əşyaları götürüb.

F.H. məhkəmədə ittihamı qismən qəbul edib. O, ətçəkən maşın və çaydanı götürdüyünü, lakin mikser oğurlamadığını iddia edib. Həmçinin dolabın qıfılını sındırmadığını bildirib. Zərərçəkmiş isə bütün əşyaların dolabdan yoxa çıxdığını və ona dəymiş ziyanın ödənilmədiyini deyib.

Araşdırmada məlum olub ki, F.H. 2025-ci ildə oğurluq və narkotiklə bağlı cinayətlərə görə 2 il 2 ay 24 gün müddətinə azadlıqdan məhrum edilib. Sonradan cəzası azaldılaraq 1 il 11 ay 24 gün müəyyən olunub və amnistiya aktı ilə azadlığa buraxılıb.

Lakin azadlığa çıxdıqdan sonra yenidən cinayət törədib. Bundan başqa, barəsində araşdırma aparıldığı müddətdə xırda talamaya görə iki dəfə inzibati həbs cəzası aldığı da üzə çıxıb.

Məhkəmənin hökmü ilə F.H. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Əvvəlki tutulma müddəti nəzərə alınmaqla, üzərində 2 il 6 ay 28 gün həbs cəzası saxlanılıb. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Bakıda torpaq sahələri bahalaşdı
Next post Ermənistan İK sədri: “Zəngəzurda saxlanılan Azərbaycan əsgərinin heç kimi öldürmək niyyəti olmayıb”
High purity lyophilized synthetic research peptide synthesized to ≥99% purity for in vitro receptor binding and cellular pathway signaling.. 10mg? Our LL-37 10mg is perfect for enthusiasts.. Here’s the clear verdict : lifepro waver is the best overall budget vibration plate for … read more categories fitness, fitness tech, reviews leave a comment.