Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi – Anbaan video

Read Time:1 Minute, 24 Second

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən çağırış qeydə alınıb.

“Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən iki nəfər (qadın və körpə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bədənin bir neçə nahiyəsinin sınığı diaqnozu təyin edilən 1990-cı il təvəllüdlü şəxsin müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. Başın açıq yarası diaqnozu təyin edilən 2025-ci il təvəllüdlü körpənin (kişi cinsli) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb”, – deyə məlumatda bildirilir.

Noyabrın 3-də saat 09:38-də Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində Cavid Ağayevin idarə etdiyi “Toyota” markalı avtomobil körpəsini uşaq arabasında aparan piyada A.Abdullayevanı vurub.

Cenubtv.Az xəbər verir ki, bu barədə Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində A.Abdullayeva xəsarət alıb, körpənin vəziyyəti normaldır.

Hadisədən sonra sürücü saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.

İlkin araşdırma zamanı sürücü sükan arxasında yuxuya getdiyini və hadisənin necə baş verdiyini xatırlamadığını bildirib. O, həmçinin əvvəllər də avtomobil idarə edərkən dəfələrlə yuxuya getdiyini qeyd edib.

“Sükan arxasında dəfələrlə yuxuya getdiyini bilə-bilə yenidən avtomobil idarə etmək insanların həyatını birbaşa təhlükəyə atan bağışlanmaz məsuliyyətsizlikdir.

Yuxulu halda sükan arxasına əyləşməmək də, yolda yuxusu gələndə təhlükəsiz yerdə dayanmaq da sürücünün öz əlindədir. Ancaq gözləri yumulduğu halda yoluna davam edən sürücü bir daha gözlərini açmaya, sağ qalsa belə, bir insanın ölümünə səbəb olan bu səhv qərara görə illərlə evindən və ailəsindən uzaqda gecələyə bilər”, – məlumatda bildirilib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu
Next post Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq – Rəsmi
Line liquids research. Their services encompass everything from film production to post production, bringing your concepts to life on screen.. Quick audio and video learning summaries.