Sabunçu xəstəxanasında BİABIRÇILIQ: “Dedilər ki, gipsi və binti özün al” – VİDEO
Ayağı zədələndiyi üçün Sabunçu Tibb Mərkəzinə gələn vətəndaş iddia edir ki, orada ondan gipsin bir hissəsini və binti öz hesabına alması tələb olunub.
Bu barədə Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, şikayətçi pasiyent Fərid Fuad oğlu Bayramov məlumat verib.
O qeyd edib ki, 13:30-də xəstəxanaya gəlib və tibb işçiləri ona ayağına gips qoyulması üçün lazım olan ləvazimatların bir hissəsini öz vəsaiti hesabına almalı olduğunu deyiblər:
“Dedilər ki, gipsin bir hissəsi bizdə var, qalanını özünüz alın. Binti də özünüz almalısınız. Onları almadan ayağınızı gipsə qoymayacağıq”.
F.Bayramovun sözlərinə görə, bununla razılaşmayaraq aidiyyəti qurumlara şikayət edib.
O bildirib ki, bundan sonra xəstəxanada münasibət dəyişib və tələb olunan ləvazimatlar tapılıb.
Pasiyentin iddiasına görə, sonradan tibb işçiləri ona istifadə olunan gips və binti öz vəsaitləri hesabına aldıqlarını deyiblər.
Hazırda F.Bayramovun ayağı gipsə salınıb.
Şikayətçi həmçinin onu da qeyd edib ki, ondan sonra gələn pasiyentlərdən də öz vəsaitləri hesabına bint almaları tələb olunur.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb, TƏBİB-dən şikayətin araşdırılacağı qeyd olunub.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda qəza – 60 yaşlı qadın öldü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb....
Bərdədə xəstəxananın həyətində doğuş oldu
Bərdədə doğuş prosesi xəstəxananın həyətində baş verib. Cenubtv.Az bildirir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb:...
Bakıda motosiklet qəzasında ANA VƏ OĞLU ÖLDÜLƏR
Bakıda ölümlə nəticələnən yol qəzası olub. Cenubtv.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. 36 yaşlı...
Beş nəfərin yanaraq öldüyü dəhşətli qəzada yaralanan şəxs də VƏFAT ETDİ – FOTO
Zərdabda altı gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Reyhan Məhəmmədova dünyasını dəyişib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, o,...
Üç yaşlı uşaq üçüncü mərtəbədən yıxıldı
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb. Cenubtv.Az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Paşa Təhməzov küçəsində baş verib. 2023-cü il...
“Şəki yaylası” faciəsində yeni fakt – FOTO
"Şəki yaylası"nda iki nəfərin ölümü ilə nəticələnən faciədən sonra hadisənin səbəbləri və məsuliyyət məsələsi ətrafında müxtəlif fikirlər səsləndirilir. Hadisənin texniki...
Average Rating