Qaxdakı ağır qəzada yaralananların son vəziyyəti AÇIQLANDI
Qax-Şəki avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti açıqlanıb.
Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, qəzada xəsarət alan üç kişi 30 iyul 2026-cı il tarixində saat 17 radələrində Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.
Hazırda yaralıların müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir.
TƏBİB-in məlumatına görə, xəsarət alanlardan birinin vəziyyəti ağır, digər iki nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.
Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
qəza nəticəsində “Mercedes” markalı avtomobildə sərnişin olan 60 yaşlı Tacəddin Əhmədov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisə zamanı “Mercedes”in sürücüsü, 44 yaşlı Xəyal Həşimov, eləcə də avtomobildə olan digər sərnişin, 52 yaşlı Zaur Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
“Niva” markalı avtomobilin sürücüsü, 66 yaşlı Novruz Mənəfov da qəza zamanı xəsarət alıb.
Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
hadisə bu gün saat 16 radələrində Qax-Şəki avtomobil yolunda qeydə alınıb.
Belə ki, “Mercedes” və “Niva” markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər həlak olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda qəza – 60 yaşlı qadın öldü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb....
Bərdədə xəstəxananın həyətində doğuş oldu
Bərdədə doğuş prosesi xəstəxananın həyətində baş verib. Cenubtv.Az bildirir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb:...
Bakıda motosiklet qəzasında ANA VƏ OĞLU ÖLDÜLƏR
Bakıda ölümlə nəticələnən yol qəzası olub. Cenubtv.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. 36 yaşlı...
Beş nəfərin yanaraq öldüyü dəhşətli qəzada yaralanan şəxs də VƏFAT ETDİ – FOTO
Zərdabda altı gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Reyhan Məhəmmədova dünyasını dəyişib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, o,...
Üç yaşlı uşaq üçüncü mərtəbədən yıxıldı
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb. Cenubtv.Az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Paşa Təhməzov küçəsində baş verib. 2023-cü il...
“Şəki yaylası” faciəsində yeni fakt – FOTO
"Şəki yaylası"nda iki nəfərin ölümü ilə nəticələnən faciədən sonra hadisənin səbəbləri və məsuliyyət məsələsi ətrafında müxtəlif fikirlər səsləndirilir. Hadisənin texniki...
Average Rating