Sabunçu xəstəxanasında BİABIRÇILIQ: “Dedilər ki, gipsi və binti özün al” – VİDEO

Read Time:51 Second

Ayağı zədələndiyi üçün Sabunçu Tibb Mərkəzinə gələn vətəndaş iddia edir ki, orada ondan gipsin bir hissəsini və binti öz hesabına alması tələb olunub.

Bu barədə Cənubtv.Az Oxu.Az-a  istinadən xəbər verir ki,  şikayətçi pasiyent Fərid Fuad oğlu Bayramov məlumat verib.

O qeyd edib ki, 13:30-də xəstəxanaya gəlib və tibb işçiləri ona ayağına gips qoyulması üçün lazım olan ləvazimatların bir hissəsini öz vəsaiti hesabına almalı olduğunu deyiblər:

“Dedilər ki, gipsin bir hissəsi bizdə var, qalanını özünüz alın. Binti də özünüz almalısınız. Onları almadan ayağınızı gipsə qoymayacağıq”.

 

 

F.Bayramovun sözlərinə görə, bununla razılaşmayaraq aidiyyəti qurumlara şikayət edib.

O bildirib ki, bundan sonra xəstəxanada münasibət dəyişib və tələb olunan ləvazimatlar tapılıb.

Pasiyentin iddiasına görə, sonradan tibb işçiləri ona istifadə olunan gips və binti öz vəsaitləri hesabına aldıqlarını deyiblər.

Hazırda F.Bayramovun ayağı gipsə salınıb.

Şikayətçi həmçinin onu da qeyd edib ki, ondan sonra gələn pasiyentlərdən də öz vəsaitləri hesabına bint almaları tələb olunur.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb, TƏBİB-dən şikayətin araşdırılacağı qeyd olunub.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Qəzada həlak olan futbolçulardan biri avtoyuma məntəqəsində işləyirmiş – TƏFƏRRÜAT – FOTO – VİDEO
Next post Qaxdakı ağır qəzada yaralananların son vəziyyəti AÇIQLANDI
איזור המרכז – אנה בחורה פרטית מיוחדת – נערות ליווי באשדוד. Medical grade softgel manufacturing for strategic leaders building category authority. Кращі гравці у великий теніс в історії.