Qəzada həlak olan futbolçulardan biri avtoyuma məntəqəsində işləyirmiş – TƏFƏRRÜAT – FOTO – VİDEO

Read Time:2 Minute, 45 Second

“Rauf Hüseynov bir il əvvəl komandada çıxış edib, sonra isə “Təhsil” FK-da müəllim kimi işləyirdi”.

“Qobu” futbol klubunun rəhbəri Rəşad Abasov deyib.

O bildirib ki, həlak olanlardan Rauf Hüseynov evli olub:

“Dünən birlikdə Qobudan qayıdırlarmış. Ötən il hər ikisi klubda çıxış edirdi. Sonra isə ayrıldılar. Bəhruz Sultanov subay olub. Rauf Hüseynov isə evli idi, üç uşağı – qızı vardı. Bəhruzun yaşı40-dan çox idi. Raufun avtoyuma məntəqəsində işləyirdi. İlkin məlumata görə, hadisə idarəetməni itirdiklərinə görə olub. Maşın da Raufa məxsus idi. Hər ikisi sakit insan kimi xatırlanacaq”.

Məlik Məlikov

Abşeronda futbolçuların həlak olduğu qəza ilə bağlı yeni detallar məlum olub.

Cənubtv.Az xəbər verir ki, bununla bağlı Baku TV-nin müxbiri hadisə yerindən hazırladığı reportajda məlumat verib.

O bildirib ki, hadisə şahidləri qəzanın ötmə əməliyyatı zamanı baş verdiyini deyiblər. Belə ki, Rauf Ədalət oğlu Hüseynov “Toyota” markalı, 99-EN-365 dövlət qeydiyyat nişanlı avtomobillə ötmə əməliyyatını düzgün yerinə yetirməyib. Nəticədə “Toyota” qarşıdan gələn Mais Ağahüseyn oğlu Ağaverdiyevin idarə etdiyi “Ford Transit” markalı, 90-JJ-547 dövlət qeydiyyat nişanlı yük maşını ilə toqquşub.

 

Futbolçuların həyatını itirdiyi faciəli qəza zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Cenubtv.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Qobu-Lökbatan yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə 1977-ci il təvəllüdlü şəxs (kişi) iyulun 29-da saat 13:00-da Sabunçu Tibb Mərkəzinə Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Ona ilkin tibbi yardım göstərilib, kəllə beyin travması, diz qapağının sınığı, ətrafların sıyrıntısı diaqnozu təyin edilib. Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”, – deyə məlumatda vurğulanıb.

Dünən günorta saatlarında Qobu-Lökbatan yolunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan futbolçuların fotoları yayılıb.

Cənubtv.Az faciəli şəkildə ölən futbolçuların fotolarını təqdim edir:

Fotoda solda Bəhruz Sultanov, sağda Rauf Hüseynov

Qəzada həlak olan futbolçulardan biri avtoyuma məntəqəsində işləyirmiş - TƏFƏRRÜAT - FOTO - VİDEO

Qeyd edək ki, 99-EN-361 dövlət qeydiyyat nişanlı “Toyota” markalı minik avtomobili “Ford Transit” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində “Toyota”da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar, “Ford Transit”in sürücüsü isə xəsarətlər alıb.

Qəzada həlak olan futbolçulardan biri avtoyuma məntəqəsində işləyirmiş - TƏFƏRRÜAT - FOTO - VİDEO

Qəzada həlak olan futbolçulardan biri avtoyuma məntəqəsində işləyirmiş - TƏFƏRRÜAT - FOTO - VİDEO

Qəzada həlak olan futbolçulardan biri avtoyuma məntəqəsində işləyirmiş - TƏFƏRRÜAT - FOTO - VİDEO

Qəzada həlak olan futbolçulardan biri avtoyuma məntəqəsində işləyirmiş - TƏFƏRRÜAT - FOTO - VİDEO

Qəzada həlak olan futbolçulardan biri avtoyuma məntəqəsində işləyirmiş - TƏFƏRRÜAT - FOTO - VİDEO

Qobu-Lökbatan yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi açıqlama verilib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ)  hadisə ötən gün saat 12 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qeydə alınıb.

“Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Rauf Ədalət oğlu Hüseynovun idarə etdiyi “Toyota” markalı, 99-EN-365 dövlət qeydiyyat nişanlı avtomobil ilə Qobu qəsəbə sakini, 1977-ci il təvəllüdlü Mais Ağahüseyn oğlu Ağaverdiyevin idarə etdiyi “Ford Transit” markalı, 90-JJ-547 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Qəza nəticəsində “Toyota”nın sürücüsü Rauf Hüseynov və avtomobildə sərnişin qismində olan 1985-ci il təvəllüdlü Bəhruz İlham oğlu Sultanov hadisə yerində həyatlarını itiriblər.

“Ford Transit”in sürücüsü Mais Ağaverdiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı cinayət işi açılıb”, – deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Dünən axşam saatlarında Qobu-Lökbatan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

99-EN-361 dövlət qeydiyyat nişanlı “Toyota” markalı minik avtomobili “Ford Transit” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

 

 

Hadisə nəticəsində “Toyota”da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar, “Ford”un sürücüsü isə xəsarətlər alıb.

Əldə etdiyimiz məlumata görə, qəzada ölənlər “Qobu” futbol klubunun oyunçuları olublar.

Qeyd edək ki, “Qobu” 2025/26 mövsümündə AFFA Region Liqasında mübarizə aparıb.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Ukraynada DRON HÜCUMUNDAN sonra azərbaycanlıların olduğu gəmidə VƏZİYYƏT – FOTO – VİDEO
Next post Sabunçu xəstəxanasında BİABIRÇILIQ: “Dedilər ki, gipsi və binti özün al” – VİDEO
גוש דן והמרכז – ירדן – תמונה 3. How does olympia biosciences™ protect client ip better than standard contract manufacturers ?. Mvp у спорті : що означає нагорода та як визначають найціннішого гравця.