Hərbi xidmətdə yaralandığını deyən Biləsuvar sakini niyə əlillik ala bilmir? – VİDEO

Read Time:1 Minute, 19 Second

Biləsuvar sakini Aqşin Abdullazadə hərbi xidmət zamanı yaralandığını və səhhətində ciddi problemlər yarandığını bildirir.

O, əlillik statusunun təyin olunması ilə bağlı müvafiq qurumlara dəfələrlə müraciət etsə də, cəhdlərinin nəticəsiz qaldığını qeyd edir. A.Abdullazadə üzləşdiyi çətinlikləri və sosial vəziyyətini belə ifadə edib:

 

 

“Üç azyaşlı qız övladım var. Bu günə qədər heç vaxt kimdənsə asılı olmamışam. Hərbçi işləmişəm. Sonra kənd təsərrüfatı ilə məşğul olmuşam. Lakin hazırda çox çətinlik çəkirəm. Səhhətimə görə heç yerdə işləyə bilmirəm, mənə iş vermirlər. İş üçün müraciət edəndə sağlamlıq haqqında arayış tələb edirlər. Müraciət etdiyim yerə “əgər sağlamamsa, sağlamlıq haqqında arayış verin” deyirəm. Bunun onların səlahiyyətində olmadığını deyirlər. Bəs bu kimin işidir?!”.

O, ailəsinin dolanışığının hazırda yaşlı anasının çiyinlərində olduğunu Baku TV-yə söyləyib:

“Övladlarımı anam saxlayır, çox əziyyət çəkir. Gecə saat 3-4-də durub bazara gedir, pendir-şor satır. Bu, mənim üçün çox ağır və utancverici bir vəziyyətdir. Hazırda övladlarıma 50 qəpiklik dondurma belə ala bilmirəm. Bu səbəbdən bəzən əsəblərimə hakim ola bilmirəm, qəlpələr kəskin ağrılar verir. Gəlib vəziyyətimi araşdırsınlar. Səhhətimlə bağlı mənə hər altı aydan bir xüsusi iynə vurulmalıdır, lakin imkansızlıqdan onu da vurdura bilmirəm”.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov bildirib ki, Biləsuvar rayon sakini 1995-ci il təvəllüdlü Aqşin Qabil oğlu Abdullazadə əlilliyin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən “Forma 88” göndərişləri əsasında 2023-2026-cı illər ərzində müxtəlif tarixlərdə Agentlikdə əyani müayinə edilib:

“Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinələri zamanı vətəndaşın sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən də qanunvericiliyə uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib”.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Arvadına mesaj göndərən dəmirçini bıçaqladı: Binədəki insidentin TƏFƏRRÜATI
Next post “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Cəlilabad şəhərində növbəti “Sağlam məhəllə” idman zonasının açılış mərasimi keçirilib
イバシーポリシー. פילדנה סופר אקטיב | fildena super active. ?ெ?.