Gədəbəydə “Niva” aşıb: Yaralanan şəxsin son vəziyyəti açıqlanıb – FOTO

Read Time:51 Second

Gədəbəydə baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxsin son vəziyyəti açıqlanıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)  bildirilib:

“Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2003-cü il təvəllüdlü şəxs (kişi) 22.08.2026-cı il tarixində saat 5 radələrində Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş kəllədaxili travma, dəqiqləşdirilməmiş koma diaqnozları təyin edilən pasiyentə ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya təxliyə olunub.

Hazırda onun müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.

Şükufə Süleymanlı

Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Niva” markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza zamanı sürücü, 2003-cü il təvəllüdlü İ.Məmmədov xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Gədəbəydə Niva aşıb: Yaralanan şəxsin son vəziyyəti açıqlanıb - FOTO

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Göyçayda iki nəfərin ölümü ilə nəticələnən qəza: Xəsarət alanın vəziyyəti ağır qiymətləndirilir – FOTO
Next post Qazaxda QƏZA: İki nəfər öldü
Effektivt planlægnings system for låsesmede hele vejen rundt. Let us help you build your dream home. ⏳ how long does adderall 30mg last ?.