Yol bərbad, su problemi, ətraf zibillik: Sabunçuda sakinlərdən ŞİKAYƏT – VİDEO

Read Time:47 Second

Sabunçu rayonunun Mehdi Hüseynzadə küçəsinin sakinləri ərazidəki problemlərdən narazıdırlar.

Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, yol uzun müddətdir yararsız vəziyyətdədir. Ərazidə yol kənarlarına məişət tullantıları və köhnə əşyalar atılıb, nəticədə, antisanitar vəziyyət yaranıb. Zibil qoxusunun isə kəskin şəkildə hiss olunduğu bildirilir.

 

 

Sakinlər su probleminin də uzun müddətdir həll olunmadığını deyirlər. Onların sözlərinə görə, su boruları köhnədir və tez-tez sıradan çıxır.

Ərazidə diqqətçəkən digər problem isə artıq beş ildir tikilməsi gözlənilən məktəbin qarşısındakı vəziyyətdir. Məktəbin ətrafında tullantıların olması sakinlərin narahatlığını daha da artırır. Şikayətçilərdən biri axşam saatlarında yoldakı çuxurlardan birinə övladının düşərək xəsarət aldığını bildirib.

Sakinlər aidiyyəti qurumların məsuliyyəti bir-birinin üzərinə atmasından da narazıdırlar.

“Bura avtobus gəlsin, bu yol düzəlsin. Xahiş edirəm, aidiyyəti qurumlar bir-birinin üstünə atmasın. Avtobus sürücüsü deyir ki, orada ağac var, kəsilməlidir. Bələdiyyədən bildirirlər ki, icra hakimiyyəti tərəfindən kəsiləcək. İcra hakimmiyyəti isə bələdiyyənin üstünə atır. Heç biri də kəsmir. Avtobus da gəlmir”, – sakinlərdən biri deyib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Gəncədə sakinlərin əsəbi tarıma çəkildi: “Ayaqaltında qalmışıq” – VİDEO
Next post Xocavənddə mina partlayışı: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI
About usoriginal cinema posters is now part of the looking at toys family of websites.. Uncategorized archives yaar win game. Este rincón de la república dominicana no es solo un destino;.