Zaqatalada maşın təmiri sexi və içərisindəki avtomobil yanıb – YENİLƏNİB + VİDEO
Fövqəladə Hallar Nazirliyi Zaqatala rayonunda baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
Qurumdan verilən məlumata görə, rayonun Yuxarı Tala kəndində ümumi sahəsi 96 kvadratmetr olan, iki boksdan ibarət avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 24 kvadratmetr sahədə və içərisində təmirə dayanan VAZ markalı minik avtomobili yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
13:00
Zaqatalada maşın təmiri sexində yanğın olub.
APA xəbər verir ki, yanğın bu gün Yuxarı Tala kəndində Hacımuca Aslan oğlu Aslanova məxsus təmiri sexində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində sexə təmir üçün gətirilmiş VAZ-21011 markalı avtomobil və sexin tavanının bir hissəsi yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Average Rating