Ağır xəstəliyə yol açan meyvə-tərəvəzlər hansılardır? – VİDEO
Əvvəllər meyvələri qabığı ilə birlikdə yeməyi məsləhət görürdülər. Düşünürdülər ki, ən az meyvənin özü qədər qabığında da vitaminlər var.
Son dövrlərdə isə əksinə istər meyvələrin, istərsə də tərəvəzlərin qabıqlarının soyulması məsləhət görülür. Səbəb isə bu məhsulların daha uzunömürlü olması, parlaq görünməsi üçün üzərlərinə vurulan parafin maddəsidir.
Mütəxəssislər qeyd edirlər ki, üzərinə parafin vurulan meyvə və tərəvəzlər ağır xəstəliklərə yol aça bilər.
“Parafin daha çox kosmetoloji məhsulların hazırlanmasında istifadə olunur. Yüksək dərəcədə toksik maddədir. Həm qaraciyərə, həm də böyrəyə ciddi təsirləri var”, – terapevt Nəbi Absalamov deyib.
Qida üzrə mütəxəssis Məhsəti Hüseynova isə bildirib ki, xaricdən gətirilən meyvə və tərəvəzlərə xarab olmaması və uzun müddət qalması üçün digər kimyəvi qatqı maddələri də vurulur ki, onlar xərçəng xəstəliyinin yaranmasına səbəb olur.
Daha ətraflı Baku TV-nin süjetində:
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Average Rating