Paşinyan: “Ermənistan Arazdəyən-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun açılmasının tərəfdarıdır”
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə Azərbaycan arasında Ermənistan ərazisindən keçən nəqliyyat əlaqələrinin tərəfdarı olduğunu bildirib.
“Ermənistan Arazdəyən-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun açılmasının əleyhinə deyil, əksinə, biz bunun tərəfdarıyıq. Bu, Ermənistan üçün çox mühüm layihədir. Biz doğrudanmı regionda nəqliyyat kommunikasiyalarının açılmasının əleyhinəyik? Xeyr, biz Türkiyə ilə Azərbaycan, eləcə də Naxçıvan və Azərbaycanın qərb bölgələri arasında Ermənistan ərazisindən kommunikasiyanın qurulmasının tərəfdarıyıq”, – deyə Paşinyan parlamentdə deyib.
O, regional kommunikasiyaların, qaz və neft kəmərlərinin, elektrik şəbəkələrinin Ermənistan ərazisindən keçməsinin əleyhinə olmadığını bəyan edib. Bir şərtlə ki, kommunikasiya xətləri keçəcək ölkələrin suverenliyinə hörmətlə yanaşılsın.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Xırdalanda şüşə balkon qırıldı, qadının başına töküldü – VİDEO
Xırdalanda eyvandan başına şüşə tökülən şəxsin vəziyyəti açıqlanıb. Bu barədə Cenubtv.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Qeyd olunub ki,...
Bakıda yaşayış kompleksində təhlükəli vəziyyət: Məsuliyyətsizlik faciə ilə nəticələnə bilər – VİDEO
Yasamal rayonu, 593-cü məhəllə, Həsənbəy Zərdabi küçəsi, 72 ünvanında yerləşən "Elit" və "3 Tac" yaşayış komplekslərinin həyətində təhlükəli vəziyyət iki ildir...
“Atama psixoloji təzyiq göstərildi” – Poliqlot Aslan Məmmədzadədən ŞOK İDDİA – VİDEO
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında uzun illər həkim kimi çalışan Etibar Məmmədovun əmək müqaviləsinə müddəti başa çatmamış xitam verildiyi iddia olunur....
KİV: Yəmən ordusu Hays şəhərinə nəzarəti ələ keçirdi
Yəmən Silahlı Qüvvələri ölkənin qərb sahillərindəki əməliyyatlar üçün strateji əhəmiyyət daşıyan Əl-Hudeydə əyalətinin cənub-şərqində yerləşən Hays şəhərinə tam nəzarəti bərpa...
Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar
Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Cenubtv.Az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon...
Badamdarda “şambo” dərdi: Tullantı suları yaşayış evinə ziyan vurur – VİDEO
Səbail rayonunun Badamdar qəsəbəsi, "3-cü massiv" adlanan ərazidə yaşayan vətəndaş tullantı sularının həyətinə axmasından şikayətçidir. Ərazidə mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmaması...
Average Rating