Emmanuel Makron İlham Əliyevi təbrik edib
Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
“Cənab Prezident, əziz İlham!
İcazə verin, Azərbaycanın milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi ünvanlayım.
Ötən otuz il ərzində və diplomatik münasibətlərimizin qurulmasından bəri Fransa və Azərbaycan iqtisadi, universitet və təhsil sahələrində tərəfdaşlığa əsaslanan möhkəm əlaqələr qurub.
Avropa və xarici işlər naziri Katrin Kollonanın aprelin 26-27-də Bakıya səfəri ikitərəfli münasibətlərimizi inkişaf etdirmək üçün ümumi istəyimizi görməyə imkan verdi və bu, məni məmnun edir. Bu, həmçinin Fransanın Azərbaycan ilə Ermənistan arasında ədalətli və davamlı, bütün regionun sabitliyi və rifahı üçün zəruri olan sülh naminə öhdəliyini xatırlamağa imkan verdi.
Mən Sizinlə Qafqazın və qitəmizin üzləşdiyi çağırışlar haqqında mübadilələrimizi davam etdirməyə imkan verəcək, iyunun 1-də Kişineuda Avropa Siyasi Birliyinin ikinci sammitində yenidən görüşməkdən məmnunam. Ümid edirəm ki, Praqada olduğu kimi, bu sammit da bizə Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqlara öz dəstəyimizi verməyə imkan yaradacaq”.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Abşeronda bir gündə 122 motoxuliqan saxlanılıb – VİDEO
Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən ötən gün keçirilən növbəti tədbir zamanı sakinlərin rahatlığını pozan, yüksək səs...
Prezident İlham Əliyevdən şəhid hərbçilərlə bağlı SƏRƏNCAM – SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi...
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Cəlilabad şəhərində növbəti “Sağlam məhəllə” idman zonasının açılış mərasimi keçirilib
Cənubtv.Az xəbər verir ki, 24 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi...
Cəlilabad Rayon ərazisində dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi, məktəblərdə yanğın təhlükəsizliyi ilə bağlı görülmüş işlər, aparılan maarifləndirmə tədbirləri və qarşıda duran vəzifələr barədə müşavirə
Rayon ərazisində dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi, məktəblərdə yanğın təhlükəsizliyi ilə bağlı görülmüş işlər, aparılan maarifləndirmə tədbirləri və...
İlham Əliyev bir qrup səhiyyə işçisini təltif etdi – SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cənubtv.Az bununla bağlı President.az-a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycan...
Qızılın qiyməti yüksəlir: Bazarlarda son vəziyyət – VİDEO
Dünya bazarında qızıl və gümüşün qiymətlərində artım müşahidə olunur. Bəs bu proses Azərbaycanın qızıl bazarına necə təsir edir? Mütəxəssislərin sözlərinə...
Average Rating