Dövlətçiliyimizə və Vətənimizə Sədaqət Nümunəs.

Read Time:2 Minute, 20 Second

Müasir dövlətçilik tariximizin parlaq səhifələrində, ölkəmizin tərəqqisinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və Möhtərəm Prezidentimizin müəyyən etdiyi strateji hədəflərin uğurla gerçəkləşməsinə məsuliyyətlə, sidq-ü ürəkdlə xidmət edən dəyərli dövlət xadimləri arasında Prezidentin köməkçisi Kərəm Həsənovun özünəməxsus, müstəsna yeri vardır. Peşəkarlığı, zəngin idarəçilik təcrübəsi, prinsipial mövqeyi və dövlət maraqlarına sonsuz sadiqliyi ilə seçilən Kərəm muəllim uzun illərdir ki, Azərbaycanın ictimai-siyasi həyatında öz dəst-xətti olan, böyük hörmət və nüfuz qazanmış şəxsiyyətlərdəndir.

Cənubun bərəkətli, mərd ocağı — Cəlilabad torpağının yetirməsi olan Kərəm Həsənovun həyat yolu halallıq, alın təri, yüksək intizam və Vətənə dərin sevgi prinsipləri üzərində qurulub. O, hansı məsul dövlət vəzifəsində çalışmasından asılı olmayaraq, qazandığı zəngin təcrübəni, bilik və bacarığını hər zaman Azərbaycanın inkişafına, dövlət idarəçiliyinin səmərəliliyinə və ölkə rəhbərliyinin müəyyən etdiyi böyük gələcəyə hesablanmış siyasi kursun zəfərlə həyata keçirilməsinə həsr edib.

Kərəm Həsənovun mənsub olduğu Həsənovlar ocağı Azərbaycan dövlətçiliyinə və Vətənə xidmət ənənələri ilə seçilən, el-oba arasında başıuca, alnıaçıq tanınan parlaq bir ailədir. Bu ocaq xalqımıza iki fərqli, lakin eyni dərəcədə şərəfli, qürurverici xidmət nümunəsi bəxş edib. Onun qardaşı, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimiz Əfilağa Həsənov müqəddəs şəhidlik zirvəsinə ucalaraq adını xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazdırıb. Bu ailənin Vətənə olan sonsuz bağlılığı və fədakarlığı şəhid Əfilağanın ömür yolu ilə əbədiləşib.

Ocağın digər övladı Malik Həsənov isə uzun illərdir Yeni Azərbaycan Partiyasının sıralarında fəal siyasi fəaliyyət göstərən, doğma Cəlilabad rayonunu Milli Məclisdə layiqincə, uca qürurla təmsil edən təcrübəli parlament üzvüdür. Onun qanunvericilik sahəsindəki səmərəli fəaliyyəti, seçicilərlə qurduğu səmimi, doğma ünsiyyəti və dövlətçilik prinsiplərinə sadiqliyi cəmiyyətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir.

Beləliklə, Həsənovlar ailəsi Azərbaycan tarixində dövlət idarəçiliyi, parlament fəaliyyəti və Vətən uğrunda canfəşanlığın, fədakarlığın parlaq bir canlı nümunəsidir. Bu ailənin timsalında dövlətə sədaqət, xalqa təmənnasız xidmət və saf Vətən sevgisi tek bir ali amal ətrafında birləşir.

Kərəm Həsənovun fəaliyyəti dövlət qulluğunun yalnız vəzifə deyil, həm də böyük bir vicdan və məsuliyyət işi olduğunu bir daha sübut edir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatların icrasında, dövlət idarəçiliyinin müasirləşdirilməsində və milli maraqlarımızın qətiyyətlə qorunmasında hər zaman ön sıralardadır. Qanunun aliliyi, şəffaflıq və Vətən sevgisi onun iş prinsipinin təməl daşıdır.

Cəlilabad torpağı hər zaman vətənpərvər, ziyalı və elinə-obasına bağlı insanlar yetişdirib. Kərəm Həsənov da bu müqəddəs torpağın yetirdiyi, doğma rayonunun adını ölkə miqyasında uca tutan, hər bir cəlilabadlının qəlbində xüsusi yeri olan qürur mənbəyidir. Onun uğurları gənc nəsil üçün də dövlətə, xalqa ləyaqətlə xidmət etməyin ən gözəl məktəbidir.

Bu əlamətdar gün — Doğum günü münasibətilə Prezidentin köməkçisi hörmətli Kərəm Həsənov cənablarını “Cenubtv.az” kollektivi adından en səmimi, ən xoş arzularla təbrik edirik!

Dəyərli Kərəm müəllimə möhkəm cansağlığı, tüknməz enerjili uzun ömür, ailə səadəti, evində xoşbəxtlik və şərəfli dövlət qulluğunda yeni-yeni uca zirvələr arzulayırıq. Qoy Sizin zəngin həyat və fəaliyyət yolunuz bundan sonra da Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, xalqımızın rifahına və sevimli ölkəmizin davamlı inkişafına parlaq töhfələr verməyə davam etsin!

Doğum gününüz mübarək olsun!

 

 

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Azyaşlı futbolçu faciəli şəkildə öldü
Next post Ağdamda güclü yanğın başlayıb – VİDEO
Barbaros mahallesi korsan taksi 7/24 hızlı ve ucuz ulaşım. כדורי ויאגרה גנרית 200מג. צפון והסביבה ולרי – נערות ליווי בבית שאן – חשפניות צעירות למסיבות רווקים במרכז או חשפניות בצפון 24/7 💕.