Fransada iğtişaşlar: Polislər xəsarət aldılar, saxlanılanlar var – Video

Read Time:47 Second

Fransanın mərkəzi hissəsində yerləşən Sen-Pyer-de-Kor kommunasında baş verən iğtişaşlar zamanı səkkiz polis əməkdaşı xəsarət alıb, beş nəfər saxlanılıb.

Cenubtv.Az BFMTV telekanalına istinadən xəbər verir ki, iğtişaşlar sentyabrın 19-da axşam saatlarında polisin motosikletlərlə səs-küylü yürüşlər təşkil edən bir qrup şəxslə bağlı daxil olan şikayətlər əsasında Rabatri rayonuna gəlməsindən sonra başlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə yoxlama aparmağa cəhd ediblər. Sürücülərdən birinin polisin tələblərini yerinə yetirməkdən imtina etməsindən sonra patrul avtomobili motosikletlə toqquşub. Qəzanın təfərrüatı hələlik müəyyən edilməyib.

Motosikletçi ayağından xəsarət alaraq xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükə yoxdur. Avtomobili idarə edən polis əməkdaşı nəzarət altına alınıb.

Yol-nəqliyyat hadisəsindən sonra bölgədə vəziyyət gərginləşib. Onlarla şəxs asayiş keşikçilərinə pirotexniki vasitələr atıb, polisin iki xidməti avtomobili və yerli sakinlərə məxsus iki avtomobil yandırılıb.

Ərazidə asayişi sentyabrın 20-si saat 4 radələrində (Bakı vaxtı ilə saat 6 radələri – red.) bərpa etmək mümkün olub. Mülkiyyətə zərər vurmaqda şübhəli bilinən beş nəfər saxlanılaraq nəzarət altına alınıb.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Cəlilabadda zəncirvari qəza: Biri azyaşlı olmaqla üç yaralı var – Foto
Next post Bakı-Sumqayıt yolunda qəza – Video
Credits get real.