İmişlidə yolu keçən məktəbli qız ölümdən döndü – FOTO/VİDEO
İmişlidə məktəbli qızı avtomobil vurması barədə sosial şəbəkədə görüntülər yayılıb.
“Lent.az” xəbər verir ki, hadisə rayon ərazisində məktəbin qarşısında qeydə alınıb. Videoda “Toyota Prado” markalı avtomobilin yolu keçən məktəbli qızı vurması əks olunub.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, mayın 25-də saat 13 radələrində İmişli rayonu ərazisində rayonun Xəlfəli kənd sakini R.Quluyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu qaçaraq keçən məktəblinin çantasına toxunub:
“Nəticədə məktəblinin çantası çiynindən qoparaq kənara düşüb. Şagird isə yerə yıxılaraq sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən bədən xəsarəti alıb. Faktla bağlı İmişli rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır”.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad rayonunda təhsil işçilərinin konfransı keçirilib
27 avqust 2026-cı il tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşlarının və rayonun təhsil işçilərinin iştirakı...
Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ
Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan kişi həbs edilib. Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, rayonun kəndlərindən birinin sakini, Ədalət Mirişov...
Ağsuda asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib – VİDEO
Ağsu aşırımında baş verən sürüşmə avtomobil yoluna da təsirsiz ötüşməyib. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində, yolun 147 və...
“Doğuş” edən oyuncaqlar görənləri şoka saldı: “Açıq-aşkar cəmiyyəti pozurlar” – VİDEO
Uşaqlar üçün nəzərdə tutulan bəzi oyuncaqlar valideynlər arasında ciddi müzakirələrə səbəb olub. Söhbət hamiləlik və doğuş prosesini imitasiya edən kuklalardan...
İranda daha bir etirazçı edam edildi – FOTO
İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı olan "Mizan Online" 2026-cı ilin yanvarında saxlanılan etirazçı Məcid Adinənin dar ağacından asıldığını açıqlayıb. Cenubtv.Az bu...
Əməkdar jurnalist Nurani dəfn olundu – FOTO
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) dəfn edilib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, mərhumun nəşi Yasamal qəbiristanlığında, valideynlərinin yanında torpağa...
Average Rating