Cəlilabadda həmkəndlisini qətlə yetirən şəxs tutulub, cinayət işi açılıb
Cəlilabad sakininin qətli ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, mayın 27-si Cəlilabad rayon sakini, 1985-ci il təvəllüdlü Şamo Əzimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1991-ci il təvəllüdlü Rəşad Aslanovun aralarında yaranmış mübahisə zamanı yaşadıqları Cəlilabad rayon, Qarazəncir kəndi ərazisində qonşusu Şamo Əzimova bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Rəşad Aslanov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda avtobus ağaca çırpıldı: 10-dan çox yaralı var – VİDEO
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində marşrut avtobusu ağır qəza törədib. Cənubtv.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, 113 nömrəli müntəzəm marşrut...
Sabunçuda ağır QƏZA: Ölən və yaralanan var
Bakının Sabunçu rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cənubtv.Az "Report"a istinadən xəbər verir ki, hərəkətdə olan "Toyota" markalı...
Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı
Bakıda işdən çıxarılan sürücü işlədiyi mağazanı yandırıb. Cənubtv.Az Oxu.Az-a istinadən bildirir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində...
Kiyevə hücum nəticəsində ÖLƏNLƏRİN SAYI ARTDI
Rusiyanın Kiyevə endirdiyi genişmiqyaslı zərbələr nəticəsində həlak olanların sayı artaraq 20-yə çatıb. Cənubtv.Az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi...
ABŞ-də faciə: Atasının maşında unutduğu uşaq istidən ölüb
ABŞ-nin Florida ştatında günəş altında park edilmiş avtomobildə uşağın cəsədi tapılıb. Uşağın atası onu uşaq bağçasına apararkən səhvən maşında unudub....
Biləcəridə yanğın baş verib
Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsində yanğın baş verib. Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00-da baş...
Average Rating