Cəlilabadda həmkəndlisini qətlə yetirən şəxs tutulub, cinayət işi açılıb
Cəlilabad sakininin qətli ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, mayın 27-si Cəlilabad rayon sakini, 1985-ci il təvəllüdlü Şamo Əzimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1991-ci il təvəllüdlü Rəşad Aslanovun aralarında yaranmış mübahisə zamanı yaşadıqları Cəlilabad rayon, Qarazəncir kəndi ərazisində qonşusu Şamo Əzimova bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Rəşad Aslanov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Arvadına mesaj göndərən dəmirçini bıçaqladı: Binədəki insidentin TƏFƏRRÜATI
Bir nəfəri bıçaqlamaqda təqsirləndirilən Nizami Əliyevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Cəənubtv.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı...
İtaliyada oyun zamanı futbolçu güllələndi
İtaliyanın Neapol şəhərində 21 yaşlı həvəskar futbolçu Lorenso Spasiano minifutbol oyunu zamanı baş verən qayda pozuntusu ilə bağlı qızğın mübahisədən...
Salyanda sərnişin avtobusu ilə minik avtomobili toqquşdu: Xəsarət alanlar var
Salyan rayonunda "Ford Transit" markalı sərnişin mikroavtobusu ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Cənubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə...
“Kubinka” sakini qonşusunu ürəyindən niyə bıçaqlayıb? – TƏFƏRRÜAT – VİDEO
Bakının Nəsimi rayonu ərazisində qonşular arasında baş verən mübahisə qətllə nəticələnib. Baku TV-nin məlumatına görə, hadisə rayonun Əlimərdan bəy...
Qətərdə zavodda partlayış: 13 ölü, 66 yaralı
Qətərdə qaz emalı zavodunda baş verən partlayış nəticəsində azı 13 nəfər ölüb, 66 nəfər yaralanıb. Cənubtv.Az TASS-a istinadən xəbər verir...
Dənizdə batan şəxslərdən geriyə qalan ürəkdağlayan FOTOLAR
Mərdəkan qəsəbəsində dənizdə batan dörd nəfərdən geriyə ürəkdağlayan görüntülər qalıb. Oxu.Az-ın hadisə yerinə gedən əməkdaşları gənclərin dənizə girməzdən əvvəl əyləşdikləri...
Average Rating