Qətərdə zavodda partlayış: 13 ölü, 66 yaralı

Read Time:1 Minute, 51 Second

Qətərdə qaz emalı zavodunda baş verən partlayış nəticəsində azı 13 nəfər ölüb, 66 nəfər yaralanıb.

Cənubtv.Az TASS-a istinadən xəbər verir ki, bu barədə əmirliyin energetika məsələləri üzrə dövlət naziri, “QatarEnergy” şirkətinin rəhbəri Səəd bin Şəridə əl-Kəəbi məlumat verib.

Nazir hadisənin qəza nəticəsində baş verdiyini vurğulayıb.

Şirkət rəhbəri əlavə edib ki, hadisə təbii qaz ixracına təsir göstərməyəcək.

Qətərin Doha şəhərindən şimal-şərqdə yerləşən Ras-Laffan sənaye zonasındakı qaz emalı zavodunda baş verən partlayış nəticəsində azı 54 nəfər yaralanıb, daha 18 nəfər isə itkin düşmüş hesab olunur.

Cənubtv.Az xəbər verir ki, bu barədə sözügedən ərəb ölkəsinin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

“Ras-Laffan sənaye zonasındakı zavodların birində qeydə alınan qəza nəticəsində xəsarət alanların ümumi sayı 54 nəfərə çatıb. Eyni zamanda, axtarış-xilasetmə qüvvələri itkin düşmüş şəxslərin axtarışı üzrə əməliyyatlar həyata keçirir”, – deyə DİN-dən bildirilib.

Daha əvvəl mediada yerli sakinlərin dünən axşam saatlarında Dohanın bir neçə rayonunda zəlzələni xatırladan qəribə təkanlar hiss etdikləri barədə məlumatlar yayılmışdı.

Bildirilirdi ki, binaların qapı və pəncərələri titrəyib. Daha sonra Qətər DİN Ras-Laffan sənaye bölgəsində lokal partlayışın baş verdiyini açıqlayıb.

“Reuters” agentliyi isə özəl mənbələrinə istinadən xəbər verib ki, hadisə istismar xətası səbəbindən “Barzan” qaz emalı zavodunda qeydə alınıb.

Qətərin paytaxtı Dohanın şimal-şərqində yerləşən Ras Laffan sənaye zonasındakı zavodlardan birində partlayış baş verib. Həmin ərazidə ölkənin mayeləşdirilmiş təbii qaz istehsalı üzrə əsas müəssisələri yerləşir.

Cənubtv.Az TASS-a istinadən xəbər verir ki, bu barədə əmirliyin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mülki müdafiə qüvvələri hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparır. Daha sonra Qətər Daxili İşlər Nazirliyi açıqlayıb ki, partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.

“Əvvəlki məlumatı tamamlayaraq bildiririk ki, hadisə Ras Laffan sənaye zonasındakı zavodlardan birində iş prosesi zamanı baş vermiş texniki nasazlıq nəticəsində meydana gəlib. Nəticədə bir neçə nəfər xəsarət alıb. Bununla yanaşı, insanların təhlükəsizliyinə təhdid yarada biləcək qaz və ya digər maddələrin sızması qeydə alınmayıb”, – deyə açıqlamada bildirilir.

Bundan əvvəl “Reuters” agentliyi mənbəyə istinadən xəbər vermişdi ki, Ras Laffan sənaye zonasında yerləşən “Barzan” qaz emalı zavodundakı partlayış istismar zamanı yol verilmiş texniki səhv nəticəsində baş verib.

Daha əvvəl isə TASS agentliyi Dohanın bir neçə rayonunun sakinlərinin zəlzələni xatırladan qəribə təkanlar hiss etdiklərini bildirmişdi. Məlumata görə, binalarda pəncərə və qapılar silkələnib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Texasda arı daşıyan avtomobil qəzaya uğrayıb: Sakinlərə xəbərdarlıq edilib – VİDEO
Next post Bakıda mərkəzi küçədə təhlükə: “Sürətlə gəlirik, anidən qabağımıza çıxır” – VİDEO
Sultangazi korsan taksi. Nejčastější chyby při sušení prádla. ????.