Texasda arı daşıyan avtomobil qəzaya uğrayıb: Sakinlərə xəbərdarlıq edilib – VİDEO
Texasda milyonlarla arı daşıyan yük maşını aşıb və dəhşətli mənzərə yaranıb.
Cənubtv.Az xəbər verir ki, bu barədə “NY Post” məlumat yayıb.
Məlumata görə, hadisə iyunun 21-i Morisvilldə baş verib. Yük maşını yolda aşıb və arıçılar nəhəng arı sürüsünü yığmağa çalışıblar. Yerli hakimiyyət orqanları bütün yerli arıçıları qəzanın nəticələrinin aradan qaldırılmasına kömək etməyə çağırıb.
Eyni zamanda, Orinc dairəsinin xilasetmə xidmətləri qəzaya uğrayan nəqliyyat vasitəsindəki arı pətəklərinin digər maşınlara daşınması prosesi gedərkən əhaliyə evdən çıxmamağı tövsiyə edib. Bu vaxt arılar ətraf əraziyə yayılıb: onlar qəza yerinin yaxınlığındakı bütün səthləri bürüyüb və ağacda nəhəng yuva qurublar.
Hazırda sözügedən insident zamanı hər hansı şəxsin xəsarət alması ilə bağlı rəsmi məlumat yoxdur. Bununla belə, hadisə yerində olan xəbər agentliyini təmsil edən fotoqraflardan birini arı sancdığı bildirilir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda mərkəzi küçədə təhlükə: “Sürətlə gəlirik, anidən qabağımıza çıxır” – VİDEO
Paytaxtın Nərimanov rayonu ərazisində mərkəzi yollardan biri - Əhməd Rəcəbli küçəsi qəzalı vəziyyətdədir. Belə ki, yolun Ziya Bünyadov...
Ağdamda qazıntı zamanı skelet qalıqları aşkarlanıb
Ağdamda qazıntı zamanı skelet qalıqları aşkar edilib. Cənubtv.Az "Teleqraf"a istinadən xəbər verir ki, Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində şirkət...
İlham Əliyevin adından Sərdar Berdiməhəmmədovun şərəfinə dövlət ziyafəti verilib – VİDEO
İyunun 22-də Bakıda, Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun şərəfinə dövlət ziyafəti verilib. Cənubtv.Az AZƏRTAC-a istinadən xəbər...
Tələbələrə ŞAD XƏBƏR: Təhsil kreditlərinin limitinə yenidən baxıla bilər
"Gələcəkdə təhsil tələbə kreditlərinin verilməsi zamanı ixtisaslar üzrə diferensial yanaşma tətbiq edilə bilər". Cənubtv.Az xəbər verir ki, bu sözləri Təhsil Tələbə...
Dübəndidə dəniz sahilinin neftlə çirklənməsinin SƏBƏBİ AÇIQLANIB – RƏSMİ – VİDEO
İyunun 19-da "Azneft" İB-nin mərkəzi aparatının aidiyyəti xidmətlərinə Dübəndi çimərliyi ərazisində neftlə çirklənmə izlərinin müşahidə olunması barədə məlumat daxil olub. Cənubtv.Az xəbər verir...
Vens danışıqlarda mühüm irəliləyişin olduğunu bildirdi – VİDEO
ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens İsveçrədə İranla aparılan danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu bəyan edib. Cənubtv.Az bu barədə TASS agentliyinə istinadən...
Average Rating