Sinifdə elektron siqaret çəkən uşaqlar BU MƏKTƏBDƏ oxuyurmuşlar: Təhsil idarəsindən açıqlama – FOTO – VİDEO

Read Time:1 Minute, 22 Second

“264 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdlərindən bir neçəsinin sinif otağında uyğun olmayan davranışları ilə bağlı araşdırma aparılır”.

Bu barədə Cenubtv.Az Oxu.Az-a istinadən xəbər veir ki  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan şagirdlərlə məktəb rəhbərliyi, sinif rəhbəri və psixoloqun iştirakı ilə görüş keçirilib:

“Məktəbdə şagirdlərin davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi gücləndirilib.

Şagirdlərin valideynləri də məktəbə dəvət edilib. Onlara məktəblə əməkdaşlıq çərçivəsində övladlarının davranışına diqqətin artırılması ilə bağlı müvafiq tövsiyələr verilib.

Məktəblərdə səmərəli təlim mühitinin təmin olunması və şagird davranış qaydalarına diqqətin artırılması, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işinin genişləndirilməsi prioritetdir”.

“Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”, – deyə məlumatda vurğulanıb.

Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəblərindən birində çəkilən görüntülərlə bağlı polis hərəkətə keçib.

məktəblilərin sinif otağında elektron siqaret çəkərək canlı yayım etməsi ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır həmin görüntülər 264 saylı məktəb-liseydə qeydə alınıb

Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb.

görüntülərə əsasən, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub.

Videoda qız şagirdin uzun, prosedur edilmiş dırnaqları da diqqət çəkib. O, eyni zamanda, dərs otağında sosial şəbəkədə canlı yayım açıb.

Xüsusilə diqqətçəkən məqam isə bu görüntülərin tədris ilinin ilk dərs günündə, məktəb daxilində çəkilməsidir.

 

 

Məktəbdə şagirdlərin elektron siqaretdən istifadə etməsi və bunun sosial şəbəkədə canlı yayımlanması təhlükəli hal olmaqla yanaşı, təhsil müəssisəsində nəzarət məsələsini də gündəmə gətirib.

Görüntülərin Bakıdakı 138 saylı məktəbdə çəkildiyini uşaqlar özləri etiraf ediblər.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR
Next post Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi
Call & booking embeds.