Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı

Read Time:1 Minute, 2 Second

Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Cenubtv.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Kərim Kərimova 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

İttihama görə, 1997-ci il təvəllüdlü Kərim Kərimov 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan – 2010-cu il təvəllüdlü S.S.-ni qaçırıb.

Belə ki, o, 2026-cı il yanvarın 31-də saat 9 radələrində Bakı şəhəri Binəqədi rayonu ərazisində “Snapchat” sosial şəbəkəsi vasitəsilə tanış olduğu S.S.-ni qızın istəyi ilə qaçıraraq əmisinin evinə aparıb.

Kərim Kərimov məhkəmədə ifadəsində bildirib ki, S.S.-nin anasının xahişi ilə qaçırdığı qızı geri – evlərinə qaytarıb:

“Mən S.S. ilə bağlı öz valideynlərimə məlumat verdim. Lakin onlar razı olmadılar. Mənə ilk nikahımdan boşanmadığımı dedilər”.

Zərərçəkmiş S.S. məhkəmədə dindirilərkən qeyd edib ki, Kərimlə 2025-ci il dekabrın 12-də sosial şəbəkə vasitəsilə tanış olub:

“Tanışlıq müddətində o, mənə subay olduğunu bildirdi. Lakin bir müddət keçdikdən sonra evli olduğunu və hazırda boşanmaq ərəfəsində olduğunu söylədi. Onun evli olduğunu öyrəndikdə ayrılmaq istədim. Lakin Kərim “məndən ayrılma, səni gözəl yaşadacağam” və sair sözlər dedi”.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Bakıda qorxunc qəza: Alovlanan maşının içərisindən son anda xilas oldular – Anbaan görüntüsü
Next post Cəlilabadda içməli su xəttində qəza baş verdi
Showcase your latest videos directly on your page.