Bakıda qorxunc qəza: Alovlanan maşının içərisindən son anda xilas oldular – Anbaan görüntüsü
Ötən gün gecə saatlarında paytaxtın Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində nizamlanmayan piyada keçidində yol-nəqliyyat hadisəsi baş verib.
Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Belə ki, piyada keçidində piyadaya yol vermək üçün dayanan avtomobilə arxadan başqa bir nəqliyyat vasitəsinin çırpılması nəticəsində maşında yanğın baş verib. Dərhal polis əməkdaşları tərəfindən yanğınsöndürənlərin hadisə yerinə təhlükəsiz çatması üçün zəruri tədbirlər görülüb.
Hadisə nəticəsində piyada ilə yanaşı, yanan avtomobildə olan sürücü və iki sərnişin son anda nəqliyyat vasitəsini tərk edərək xilas olublar.
Hadisənin görüntüləri hərəkət zamanı diqqətsizliyin və qayda pozuntusunun hansı ağır nəticələrə gətirib çıxara biləcəyini bir daha göstərir. Dəfələrlə qeyd edildiyi kimi, belə hadisələrin baş verməməsi üçün sürücülər keçidlərə yaxınlaşarkən sürəti azaltmalı, təhlükəsiz ara məsafəsi saxlamalı və piyadalara yol verməlidirlər.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Azyaşlı uşaq ölümdən son anda döndü – Anbaan VİDEO
Bakıda skuter sürən azyaşlının iştirakı ilə təhlükəli anlar yaşanıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü...
Cəlilabadda içməli su xəttində qəza baş verdi
Cəlilabad rayonunda içməli su xəttində qəza baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Cəlilabad-Uzuntəpə yolunun Uzuntəpə kəndi ərazisindən...
Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı
Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı...
Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub. Cenbtv.Az Ölkə.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları bir...
Bakıda qəza – 60 yaşlı qadın öldü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb....
Bərdədə xəstəxananın həyətində doğuş oldu
Bərdədə doğuş prosesi xəstəxananın həyətində baş verib. Cenubtv.Az bildirir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb:...
Average Rating