Bir çox banka məxsus kartlardan VƏSAİTLƏRİN SİLİNMƏSİ ilə bağlı Mərkəzi Bankdan açıqlama – FOTO

Read Time:2 Minute, 12 Second

24 iyun 2026-cı il tarixində “Azərikard” MMC-yə üzv olan bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsi ilə bağlı bildirilir ki, sözügedən insident hər-hansı kibermüdaxilə və ya dələduzluq halları ilə bağlı deyil, texniki səbəblərdən baş verib.

Cənubtv.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Əhalinin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş sistemlərinin, eləcə də ölkədə fəaliyyət göstərən prosessinq mərkəzlərinin və kommersiya banklarının informasiya sistemləri və ödəniş infrastrukturunun sabitliyi, davamlılığı və etibarlılığı ilə əlaqədar hər-hansı çətinlik müşahidə olunmur.

Qeyd olunan texniki nasazlıq aidiyyəti üzrə artıq aradan qaldırılıb.

Bank xidmətləri müştərilərindən yalnız rəsmi mənbələrdə əks etdirilən məlumatlara istinad edilməsi xahiş olunur.

“Azərikard” Prosessinq Mərkəzi iyunun 24-də xidmət göstərdiyi bəzi bankların müştərilərinin kart hesablarında yaranan problemlə bağlı açıqlama yayıb.

Cənubtv.Az xəbər verir ki, açıqlamaya əsasən, problem banklararası hesablaşma fayllarının emalı zamanı “Azərikard”dan asılı olmayan texniki səbəbdən yaranmış təkrarlanmalarla əlaqədar baş verib.

Bildirilib ki, təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir və kart hesabları mərhələli şəkildə bərpa olunur.

“Məsələ yaxın zamanlarda tam həllini tapacaq”, – deyə açıqlamada qeyd olunub.

Azərbaycan Beynəlxalq Bankının (ABB) kartlarında balansların mənfi göstərilməsi və vəsaitlərin silinməsi ilə bağlı şikayətlər fonunda məlum olub ki, oxşar problemlər digər bank və ödəniş xidmətlərinin istifadəçiləri tərəfindən də qeydə alınır.

Cənubtv.Az-a daxil olan yeni görüntülər və sosial şəbəkələrdə yayılan paylaşımlar göstərir ki, son saatlarda bəzi müştərilər kart hesablarında və əməliyyat tarixçəsində uyğunsuzluqlarla üzləşiblər.

Belə ki, istifadəçilərdən biri AFB Bank hesabından ABB kartına 417 manat köçürmə etdikdən sonra balansın 422.89 manat əvəzinə mənfi 1 500.69 manat göstərildiyini iddia edib.

Digər paylaşımlarda isə ABB müştəriləri kart hesablarında mənfi balansların yarandığını, bəzi hallarda vəsaitlərin səbəbi ilə bağlı hər hansı bir bildiriş gəlmədən silindiyini qeyd ediblər.

Eyni zamanda, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, bəzi banklar və ödəniş xidmətləri də texniki çətinliklərlə bağlı müştərilərinə xəbərdarlıq edib.

“AccessBank” isə müştərilərinə ünvanladığı SMS-də texniki çətinliklərlə əlaqədar kart əməliyyatlarının müvəqqəti əlçatan olmayacağını bildirib.

Bundan başqa, “Yelo Bank”ın mobil tətbiqində də istifadəçilərə “Müvəqqəti texniki fasilə” barədə bildiriş göstərilib. Bildirişdə aparılan təkmilləşdirmə işləri səbəbindən mobil tətbiqdən istifadənin müvəqqəti mümkün olmayacağı qeyd olunub.

Eyni problem “Rabitə Bank” müştəriləri tərəfindən də müşahidə olunur.

Bir çox banka məxsus kartlardan VƏSAİTLƏRİN SİLİNMƏSİ ilə bağlı Mərkəzi Bankdan açıqlama - FOTO

Hazırda problemin dəqiq səbəbi məlum deyil. Nasazlığın ayrı-ayrı bankların daxili sistemləri, kart prosessinq infrastrukturu və ya üçüncü tərəf xidmətləri ilə bağlı olub-olmadığı barədə rəsmi məlumat verilməyib.

Hazırda Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsus kartlarda balansda məbləğin silinməsi və borc göstərilməsi halları müşahidə olunur.

Cənubtv.Az xəbər verir ki, məsələ ilə bağlı ABB açıqlama yayıb.

“Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik”, – məlumatda qeyd olunub.

Bir çox banka məxsus kartlardan VƏSAİTLƏRİN SİLİNMƏSİ ilə bağlı Mərkəzi Bankdan açıqlama - FOTO

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post “Kubinka” sakini qonşusunu ürəyindən niyə bıçaqlayıb? – TƏFƏRRÜAT – VİDEO
Next post İyunun 7-də keçirilən qəbul imtahanlarının nəticəsi ELAN OLUNDU
Papel crucial en el rendimiento de la selección española de fútbol. Was ist life coaching ?. 回收品牌.