Cəlilabadda Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib

Read Time:44 Second

Cenubtv.Az xəbər verir ki, 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək Beynəlxalq Ahıllar Gününün ölkəmizdə 1993-cü ildən qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev ahıl insanlara, onların sosial problemlərinin həllinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb.
Qeyd olunub ki, bu gün də yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi və onların rifahının yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar əsasında ahıl vətəndaşlara dövlət qayğısının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Rafiq Cəlilov Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara möhkəm cansağlığı, uzun ömür və firavan həyat arzulayıb.
Tədbirdə çıxış edənlər yaşlı nəslə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə edib, ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Bərdədə tanışı tərəfindən qətlə yetirilən Elnur Rüstəmovun fotoları – Video
Canabis vapes experience.