Avtomobildəki yanğını söndürməyə çalışan polis yandı – FOTO
Göyçay rayonunda avtomobildə baş verən yanğın yol polisi əməkdaşları tərəfindən söndürülüb.
APA-nın xəbərinə görə rayon sakini Fuad Qasımov idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə Göyçay şəhərinin Natəvan küçəsindəki 13 saylı uşaq bağçasının qarşısına gəlib.
O, uşağı bağçadan götürən zaman avtomobilin mühərrikində yanğın baş verdiyini görüb və dərhal Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat verib. Yaxınlıqda olan Göyçay rayon Polis Şöbəsinin yol polisi bölməsinin əməkdaşları, polis baş serjantı Cəlal Teymurov və Elçin Mehralızadə dərhal hadisə yerinə gələrək yanğına müdaxilə ediblər. Onlar alovu söndürərək avtomobilin yanmasının qarşısını alıblar. Polis əməkdaşları yanğını söndürən zaman əllərindən yüngül yanıq xəsarəti alıblar. Sürücü Fuad Qasımov yanğını görən kimi dərhal köməyə gələn polis əməkdaşlarına təşəkkür edib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir
https://www.youtube.com/watch?v=roGPVbvxxLI
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Oğuzda 21 yaşlı gəncin faciəli şəkildə öldüyü hadisənin ANBAAN GÖRÜNTÜSÜ
Dünən Oğuz rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Oxu.Az xəbər verir ki, dünən saat 20:30-da Nihad Namiq oğlu Əlizadə BMW markalı...
Slovakiyada iki qatar toqquşdu: Çox sayda yaralı var
Slovakiyanın şərqində, Koşitse vilayətində iki qatarın toqquşması nəticəsində ən azı 100 nəfər xəsarət alıb. Cenubtv.az xəbər verir ki, bu barədə ölkənin...
ANAMA əməkdaşları olan qardaşlar nişandan qayıdarkən qəzaya düşdülər – BİRİ ÖLDÜ
Beyləqanda baş verən qəza zamanı ağır xəsarət alanlar ANAMA əməkdaşları olublar. Cenubtv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəzada xəsarət alan qardaşlardan...
Average Rating