Ölkə ərazisində küləyin sürəti 30 m/s-a çatıb – FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 13-ü saat 00:00-a olan məlumatına əsasən, küləyin ani maksimal sürəti Ağdam, Naftalan, Bərdə və Tərtərdə 28-30 m/s, Zərdabda 28 m/s, Şəmkirdə 24 m/s, Şəkidə 25 m/s, Göyçayda 22 m/s, Gəncə, Neftçala, Sabirabadda 20 m/s, Ceyrançöldə 17 m/s, Biləsuvar, Xaltanda 16 m/s, Kürdəmirdə 15 m/s, Ağstafa və Tovuzda 14 m/s-ə çatıb.
Bakıda və Abşeron yarımadasında: Bakıda 25 m/s, Maştağada 23 m/s, Pirallahı, Binədə 19 m/s, Çilov adası, Neft Daşlarında 18 m/s -dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 metrdir.
Şimal-qərb küləyinin sürətinin aprelin 13-ü gecə 25-30 m/s, səhər saatlarında isə 18-23 m/s, gündüz 15-18 m/s-dək olacağı, axşam isə 12 m/s-dək mülayimləşəcəyi gözlənilir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad bələdiyyəsinin rəhbərliyində kadr dəyişikliyi baş tutub.
Cenubtv.az-ın əldə etdiyi məlumata görө, bələdiyyədə keçirilən iclasda qurumun sədr müavini Rafiq Rüstəmov səs çoxluğu ilə bələdiyyənin yeni sədri seçilib....
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
Average Rating