Cenubtv.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Bəhreyndəki erkən xəbərdarlıq radarının hədəfə alınaraq sıradan çıxarıldığını elan edib.

Yayılan rəsmi açıqlamada qeyd olunub ki, bu addım bir müddət əvvəl Sirik şəhərindəki rabitə qülləsinə təşkil edilən hava hücumuna cavab olaraq atılıb.

Həmçinin vurğulanıb ki, həmin əməliyyat Hörmüz boğazındakı hava təxribatlarının və neft qaçaqmalçılığı hallarına son qoyulması məqsədilə qarşı tərəfə sərt xəbərdarlıq xarakteri daşıyır.

Qurum əlavə edib ki, əgər oxşar təxribatlar və qanun pozuntuları davam edərsə, SEPAH-ın Aerokosmik Qüvvələri daha sərt cavab tədbirləri görməyə tam hazırdır.