Cenubtv.az xəbər verir ki, Moskva məhkəməsinin qərarı ilə Murmansk vilayətinin başçısı Andrey Çibis barəsində iki aylıq həbs-qətimkan tədbiri tətbiq olunub. İstintaq dövrü üçün təcridxanaya göndərilən qubernatorun həbs müddəti 23 yanvar 2027-ci ilə qədər müəyyənləşdirilib. Qeyd olunan qərar Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin vəsatəti əsasında qəbul edilib.
Xatırladaq ki, Andrey Çibis noyabrın 23-də paytaxt Moskvada saxlanılmışdı. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin müxtəlif maddələri, o cümlədən külli miqdarda vəsaitin mənimsənilməsi və qanunsuz valyuta əməliyyatları ilə əlaqədar ağır ittihamlar irəli sürülüb.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatlara əsasən, cinayət işi Murmansk vilayətinin Tikinti Nazirliyinin büdcəsindən 39 milyon rubldan artıq vəsaitin talanması ilə bağlıdır. Eyni zamanda, Apatiti-Kirovsk avtomobil yolunun yenidənqurulması üçün regional Nəqliyyat Nazirliyinə ayrılan 1 milyard rubldan çox vəsaitin mənimsənilməsi də istintaq materiallarında yer alıb.





