Cenubtv.az xəbər verir ki, Yaponiyada 2026-cı ilin on ayında məktəblilər arasında 490 intihar hadisəsi qeydə alınıb. Bu rəqəmlər ölkənin Uşaq və Ailə Məsələləri Agentliyinin apardığı statistik araşdırmalar nəticəsində məlum olub.

Agentliyin təqdim etdiyi məlumatlara əsasən, həyatına son qoyanların 352-si orta məktəbin yuxarı sinif şagirdləridir. Eyni zamanda, qurbanlar arasında 126 orta məktəb və 12 ibtidai sinif şagirdi də var.

Yaponiya rəsmilərinin ilkin hesablamalarına görə, 2026-cı ilin yekununda bu rəqəm ötən il qeydə alınmış 538 nəfərlik tarixi maksimumu keçə bilər. Qeyd etmək lazımdır ki, ümumilikdə ölkə üzrə intiharların ümumi sayı azalmaqdadır və cari ilin yanvar-oktyabr aylarında 15 126 belə hadisə baş verib.