Cenubtv.az xəbər verir ki, İndoneziyanın Qərbi Yava əyalətində intensiv yağıntılar səbəbindən qanunsuz fəaliyyət göstərən qızıl mədənində su basması baş verib və nəticədə 29 şaxtaçı yeraltında köməksiz vəziyyətdə qalıb.

Zərərçəkənlər həftənin birinci günündən etibarən yer səthindən 100 metr dərinlikdə bağlı qapılar arxasında qalıblar.

Bölgədəki dar giriş yolları, zəif görünürlük və artan su səviyyəsi xilasedicilərin işini xeyli çətinləşdirir.

Hadisə paytaxt Cakartadan 60 kilometr cənub istiqamətində yerləşən Boqor bölgəsinin Ponqkor ərazisində qeydə alınıb, hazırda axtarış işləri davam etdirilir.

Qeyd edək ki, ölkədə nəzarətsiz və kiçikmiqyaslı mədənçilik təsərrüfatlarında belə bədbəxt hadisələr tez-tez baş verir.