Cenubtv.az xəbər verir ki, bədbəxt hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Rayon sakini, 1991-ci il təvəllüdlü Y. Əhmədova süni pozulma üçün tibb müəssisəsinə müraciət edib və əməliyyat zamanı qəfil vəziyyəti pisləşib.

Həkimlərin səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək qeyri-mümkün olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, meyit müayinədən sonra yaxınlarına təhvil verilib.

Məlumata görə, bu, mərhumun üçüncü hamiləliyi olub və faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.