Cenubtv.az xəbər verir ki, İraq Hörmüz boğazı vasitəsilə dünya bazarına neft ixracını ABŞ hərbi qüvvələrinin mühafizəsi altında bərpa edir.

“Dijlah TV” telekanalının yaydığı məlumata əsasən, bu barədə ölkənin xarici işlər naziri Fuad Hüseyn açıqlama verib.

O, Bağdadın diplomatik səylərinin əsasən böhranların qarşısının alınmasına və İraqın regional münaqişələrdən qorunmasına hədəfləndiyini vurğulayıb.

Nazirin sözlərinə görə, hazırda region mümkün qarşıdurmaların təkrarlanması təhlükəsi fonunda “nə müharibə, nə də sülh” durumundadır.