Cenubtv.az xəbər verir ki, qlobal bazarlar istehlakçı tələbatının dəyişməsi, rəqəmsallaşmanın sürətlənməsi və innovasiyaların təsiri ilə yeni mərhələyə qədəm qoyub. Bu şəraitdə şirkətlər fəaliyyət strategiyalarını fərqli iqtisadi və sosial xüsusiyyətlərə malik ölkələrə uyğun qururlar.
Philip Morris International şirkəti də davranıştakı dəyişikliklərə uyğun olaraq elmi araşdırmalara və tüstüsüz məhsullara yönələn investisiyalarını artırıb. PMI-nın regional prezidenti Gijs de Best bildirib ki, dünyada bir milyard, Azərbaycanda isə təxminən 1,5 milyon siqaret çəkən şəxs daha yaxşı alternativlərə layiqdir.
Onun sözlərinə görə, bazarın inkişafında hökumətlərin və tənzimləyici qurumların rolu böyükdür və dövlətlər müstəqil elmi tədqiqatlar aparmalıdırlar. G. de Best Azərbaycanın bu sahədə könüllü standartların tətbiqini müsbət addım kimi qiymətləndirib.
Şirkətin 93 ölkəni əhatə edən regional strategiyasında Azərbaycan prioritet bazarlardan biri olaraq xüsusi mövqeyə malikdir. Ölkədəki rəqəmsal inkişaf və tənzimləmə istiqamətində atılan addımlar yüksək qiymətləndirilir.
PMI 2030-cu ilə qədər xalis mənfəətinin üçdə ikisindən çoxunu tüstüsüz məhsulların satışından əldə etməyi hədəfləyir. Hazırda isə şirkətin xalis gəlirlərinin 40 faizi məhz bu məhsulların payına düşür.





